PDF Oxu

İqtisadiyyat

  • 5

Dünya bazarında qara qızılın qiyməti yenidən qalxıb

Dünya bazarında qara qızılın qiyməti yenidən qalxıb
Ötən gün dünya bazarında neftin qiymətində yenidən artım müşahidə olunub. Yerli iqtisadçı ekspertlərin sözlərinə görə neftin qiymətinin dəyişməsi Azərbaycanın iqtisadiyyatına bir o qədər də təsir göstərmir. Son 6 ay ərzində qara qızılın qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına ciddi təsiri olmadı. Ekspertlərin fikrincə, neftin qiyməti dünya bazarında yenidən bahalaşmaya doğru getsə də, 2009-cu ilin sonuna qədər qiyəmətlərdə ciddi dəyişikliklər olmayacaq.
İqtisadçı-ekspert Aydın Hüseyov "Səs"in müxbiri ilə söhbətində bildirdi ki, ötən ilin ikinci yarısından neftin qiymətinin sürətlə aşağı düşməsinin subyektiv səbəbləri var idi. Son günlər isə neftin qiymətinin qalxması, onun real dəyəri ilə ifadə olunması deməkdir. Yəni heç cür ola bilməzdi ki, neftin qiyməti 40 dollar həddində qalsın. Artıq neftin qiyməti yüksəlməyə başlayır. Sonradan ola bilər ki, qiymətlərdə müəyyən artma və ya azalma müşahidə olunsun, yalnız bu ilin sonuna qədər qiymət 70 dollar civarında qalacaq. Azərbaycanın dövlət büdcəsi formalaşdırılarkən, neftin qiyməti 70 dollar müəyyənləşdirilmişdir. Bu da, onu göstərir ki, bu sahə ilə məşğul olan dövlət nümayəndələri iqtisadi böhranın beynəlxalq səviyyədə yerlərə təsirini düzgün qiymətləndiriblər. Çünki dünya bazarında neftin qiyməti aşağı düşsə də, dövlət büdcəsinə öz təsirini göstərmədi. Və bir daha sübut olundu ki, Azərbaycanın dövlət büdcəsi neftdən asılı deyil. Bir çoxlarının proqnozlaşdırdığı kimi Hollandiya sindromunun olacağı, yəni ki, büdcənin neftdən asılılığı xülyadan başqa bir şey olmadı. Digər tərəfdən isə, neft dünya bazarında 150 dollara satılırdısa, sözsüz, iqtisadiyyatımıza daha çox gəlir gətirirdi. Təbii ki, iqtisadi böhranın Azərbaycana müəyyən qədər təsiri oldu. Yalnız təsirin hansı dərəcədə, hansı formada olması vacib amillərdən biridir. Sadəcə olaraq, Azərbaycanın kənarda investisiya qoyuluşlarında fasilələr oldu.

Digər xəbərlər