Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov bildirib ki, Azərbaycanda taxıl istehsalı artır. Onun sözlərinə görə, keçən il respublikada 2 milyon 495 min tondan çox taxıl istehsal edilib. Cari ildə əkin sahələri daha da genişləndirildiyi üçün bu rəqəmin artacağı gözlənilir. Ölkədə taxılla bağlı problem olmayacaq. Proqnozlara görə, bu il təqribən 3 milyon tona yaxın taxıl istehsal ediləcək.