PDF Oxu

İqtisadiyyat

  • 20

İpoteka isteqrazlarının bazara buraxılmasına hazırlıq başa çatıb

İpoteka isteqrazlarının bazara buraxılmasına hazırlıq başa çatıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib ki, ölkədə ipoteka istiqrazlarının bazara buraxılması ilə bağlı son hazırlıq tədbirləri görülür. Bununla bağlı Azərbaycan İpoteka Fondu ilə Milli Depozit Mərkəzi arasında münasibətlərin rəsmiləşdirilməsi üçün sənədlər təqdim olunub. Yaxın günlərdə emissiya prospektini təsdiq etməklə kağızların bazara buraxılmasına hazırlıq işləri başa çatdırılacaq: "İpoteka kreditlərinin verilməsinə əvvəlcə bankların öz vəsaitləri hesabına başlanır. Kreditlərin verilməsindən sonra banklar bu vəsaitləri yenidən maliyyələşdirmək üçün Azərbaycan İpoteka Fonduna müraciət edirlər. Ona görə də bilmək lazımdır ki, kreditlərin verilməsinə başlanması üçün ipoteka istiqrazlarının yerləşdirilməsi ilkin şərt deyildir".

Digər xəbərlər