Ölkədə aparılan iqtisadi və siyasi islahatlar xarici investorları Azərbaycana cəlb edir
Azərbaycan son beş il ərzində ölkəmizin iqtisadiyyatı çox sürətlə inkişaf etmiş, iqtisadi cəhətdən böyük uğurlara imza atmışdır . Bu ilin birinci üç ayında Azərbaycanın ixracı 20, qoyulan investisiyaların həcmi isə 15 faiz artmışdır. Əhalinin pul gəlirləri 20 faizdən çox artmışdır. Orta əmək haqqı 20 faizdən çox təşkil etmişdir.
Bu islahatlar dünya birliyi tərəfindən də görünür və qəbul edilir. Dünyanın ən böyük maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ildə bir saylı islahatçı ölkə kimi tanımışdır.
Ölkədə aparılan iqtisadi və siyasi islahatlar, hökm sürən sabitlik, əmin-amanlıq, xarici investorları Azərbaycana daha çox cəlb edir. Azərbaycanda xarici investorların, beynəlxalq maliyyə qurumlarının və Azərbaycanın İnvestisiya Şirkətinin birgə iştirakı ilə nəhəng, bölgə üçün çox böyük sənaye müəssisəsi yaradılır. Bütün bunlar isə düşünülmüş siyasətin, investisiyaların cəlb edilməsi və lazımi səviyyədə qorunmasının nəticəsidir. Bir sözlə, bu gün azərbaycanda çox gözəl investisiya mühiti yaranıb.
İqtisadçı Əli Əlirzayevin sözlərinə görə, 2007-ci ildə xarici investisiyaların həcmi 3,3 milyard dollar idisə, 2008- ci ildə bu rəqəm 2,6 miyard dollar təşkil edib. 2009-cu ildə isə xarici investisiyaların həcminin 2,4 milyard dollar olacağı planlaşdırılıb. Bütün bunlara baxmayaraq daxili investisiyalarda artım müşahidə olunub. Daxili investisiya 2007-ci ildə 159 faiz, 2008-ci ildə isə 135 faiz artıb. Bi il isə böhranla əlaqədar ötən illərlə müqayisədə nisbətən azalma olacaq. Təkcə 2008-ci ildə neft sektoruna xarici sərmayədarlar tərəfindən 1,9 milyard manat vəsait qoyulub. Qeyri-neft sektoruna qoyulan sərmayələrdə də artım var. 2009-cu ildə qeyri-neft sektoruna 222 milyon manat investisiya qoyuluşu nəzərdə tutlub.
Onu da qeyd edək, 2009-cu ilin birinci rübündə bütün maliyyə mənbələrindən Azərbaycanın iqtisadiyyatına 1 milyard 639 milyon manat investisiya qoyulub ki, bu da 2008-ci ilin analoji dövründən 15,2 faiz çoxdur. Hesabat dövründə neft sektoruna 424 milyon manat, qeyri-neft sektoruna 1 milyard 214 milyon manat qoyulub. Qeyri-neft sektoruna investisiyalar 72,3, hesabat dövründə daxili investisiyaların həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz artıb, xarici investisiyaların həcmi isə 55,6 faiz azalıb.
Cari ilin dövlət büdcəsindən investisiya layihələrini maliyyələşdirmək üçün 4,5 milyard manat ayrılıb.