PDF Oxu

İqtisadiyyat

  • 13

Dünya Ticarət Təşkilatı ilə bağlı seminar keçirilir

Dünya Ticarət Təşkilatı ilə bağlı seminar keçirilir
İqtisadi İnkişaf Nazirliyində Dünya Ticarət Təşkilatının (DTT) xidmətlərlə ticarət üzrə Baş Sazişinə (GATS) dair seminarlara başlanıb. Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, üç gün keçiriləcək tədbirlərdə Ədliyyə, Səhiyyə, İqtisadi İnkişaf, Maliyyə, Vergilər, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı nazirliklərinin, Gömrük, Əmlakının İdarə Edilməsi üzrə Dövlət komitələrinin və digər aidiyyatı qurumların nümayəndələri iştirak edirlər. DTT-nin ekspertləri tərəfindən iştirakçılara Baş Sazişin əhatə dairəsi, xidmətlərə dair öhdəlikləri əks etdirən Milli Cədvəlin tərtibi (bazara giriş və milli rejim), təşkilata üzv dövlətlərin xidmətlər sahəsində təcrübəsi barədə məlumat verilib.

Digər xəbərlər