“Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası” Bu mövzuda 16-cı Beynəlxalq Sərgi keçiriləcək
İyun ayının 2-5-də Bakı şəhərində "Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası" mövzusunda 16-cı Beynəlxalq Sərgi keçiriləcək. Layihəyə Sənaye və Energetika Nazirliyi, Dövlət Neft Şirkəti dəstək verəcək. Builki sərgidə 30-dan çox ölkənin 400-dən artıq şirkətinin iştirakı gözlənilir. Bu il Azərbaycan bazarına ilk dəfə qədəm qoyan çoxsaylı yeni şirkətlərin sərgidə iştirak etməsi diqqəti cəlb edən faktlardandır. Sərgidə, həmçinin, yerli - "BP" Azərbaycan, "Azerpipe" ASC, "Azfen", "Azel" və s. şirkətlər iştirak edəcək. Artıq sərginin iştirakçıları qismində dünyanın 22 ölkəsindən 250-dən çox şirkət qeydiyyata alınıb. Bu ölkələrin sırasında Avstriya, Böyük Britaniya, Almaniya, Gürcüstan, Hindistan, İran, İtaliya, Qazaxıstan, Norveç, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Çexiya, Ukrayna, İsveçrə, Yaponiya və digər ölkələrin adı daxil edilib.
Qeyd edək ki, Beynəlxalq Konfrans "HyattReycens" otelinin konfrans mərkəzində keçiriləcək. Konfransa dünyanın 30-dan çox ölkəsinin 500-dən çox nümayəndəsinin qatılacağı gözlənilir.