PDF Oxu

İqtisadiyyat

  • 12

Apteklərin fəaliyyəti üzrə tələblərə cavab verməyən müəssisələr aşkarlanıb

Apteklərin fəaliyyəti üzrə tələblərə cavab verməyən müəssisələr aşkarlanıb
Azərbaycanın rayonlarında fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən baxış zamanı, "Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə" tələblərə cavab verməyən apteklər aşkar olunmuşdur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Səs"ə verilən məlumata əsasən, nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən Balakən şəhərində fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən növbəti baxış zamanı, Səhiyyə Nazirliyinin "Reseptlərin yazılması və dərman vasitələrinin (narkotik tərkibli və prekursorlar istisna olmaqla) aptek müəssisələrindən buraxılması qaydaları haqqında", eləcə də, "Aptek təşkilatının yaradılması və fəaliyyəti" üzrə tələblərinə cavab verməyən aptek müəssisəsi aşkar olunmuşdur. Bununla əlaqədar olaraq Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən "Nicat yolu" MMC-nə məxsus aptek köşkünə baxış zamanı aptek köşkünün orta təmirli olması, aptek mebelinin, əczaçılıq soyuducusunun olmaması, 6 adda dərman preparatının yararlılıq sertifikatının olmaması, aptek köşkündə satışı nəzərdə tutulmayan, həkim resepti əsasında buraxılan dərman preparatlarının satışı və s. nöqsanlar aşkar olunduğu üçün Səhiyyə Nazirliyinin sərəncamına əsasən, yuxarıda göstərilən aptek köşkünə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılmışdır.
Nazirliyin məlumatına görə, nəzarət tədbirləri davam etdirilir.

Digər xəbərlər