PDF Oxu

İqtisadiyyat

  • 13

Gəncə Avtomobil zavodunda “Belarus” markalı mininci traktor istehsal olunub

Gəncə Avtomobil zavodunda “Belarus” markalı mininci traktor istehsal olunub
Gəncə avtomobil zavodunun (GAZ) konveyerindən "Belarus" markalı mininci traktor çıxıb. Azərbaycan və Belarus müəssisələri artıq iki ildir ki, əməkdaşlıq edirlər.
Azərbaycanla Belarus arasında dövlətlərarası ticari-iqtisadi inkişafın stimullaşdırılmasına yönəlmiş bir sıra sənədlər imzalandıqdan sonra istehsalat əlaqələri daha da fəallaşmışdır.
MTZ Gəncə zavodu ilə əməkdaşlığı xaricdə həyata keçirdiyi ən uğurlu layihələrdən biri sayır. Onun reallaşması müəssisəyə kənd təsərrüfatı texnikasının satış bazarını genişləndirməyə imkan vermişdir. Azərbaycanda yığılmış traktorların qiyməti idxal olunan hazır texnikadan fərqləndiyi üçün bu, ölkəmiz üçün də sərfəlidir. Gəncədə yığılmış traktorların sərfəli qiyməti və yüksək keyfiyyəti onları daxili bazarda problemsiz satmağa imkan verir.

Digər xəbərlər