PDF Oxu

İqtisadiyyat

  • 4

Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankı arasında yeni saziş imzalandı

Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankı arasında yeni saziş imzalandı
Dünən Kənd Təsərrüfatı Nazirliyində Dünya Bankı və Azərbaycan Respublikası Kənd İnvestisiyaların Layihəsinin davam etdirilməsi üçün 15 mln ABŞ dol-ı ekvivalentində Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli kredit üzrə Maliyyələşdirmə Sazişini imzalanmışdır.
Sazişi Azərbaycan kənd təsərrüfatı naziri İsmət Abbasov və Dünya Bankının Bakı ofisinin rəhbəri Qreqori Yedjeyçak imzaladılar. Layihənin məqsədi kənd icmalarında kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və infrastruktur xidmətlərindən yararlanma səviyyəsinin yüksəldilməsindən ibarətdir. Əlavə maliyyələşdirmə, yeni rayonları layihəyə daxil etməyə, xərclərə qənaət etməyə və eləcə də, layihənin icra müddətini daha 3 il müddətə artırmağa imkan verəcək.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İsmət Abbasov qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatlar, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il ölkəmizdə kənd təsərrüfatı məhsullarının həcmində artım müşahidə olunur: "2007-ci illə müqayisədə ötən ilin yekunlarına görə, kənd təsərrüfatı məhsullarının həcmi 6,1 faiz olub. Bu il isə, proqnozlaşdırılıb ki, bu artım 7 faiz civarında olacaq".
Nazir onu da vurğuladı ki, Dünya Bankı ilə əlaqələrin qurulması öz töhfəsini vermiş və bir neçə layihə həyata keçirilmişdir. Bu sazişə görə, 250 mikrolayihə həyata keçiriləcək və bu layihələr Azərbaycanın şimal və şimal qərbini əhatə etməklə və 24 rayonda həyata keçiriləcək. Layihənin icra müddətinin 2012-ci ilə qədər davam etməsi nəzərdə tutulur.
Tədbirdə daha sonra çıxış edən Dünya Bankının Bakı ofisinin rəhbəri Qreqori Yedjeyçak vurğuladı ki, Dünya Bankı bu layihənin birinci mərhələsini Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilməsini yüksək qiymətləndirir: "DB belə layihələrə xüsusi önəm verir. Bu layihələrin həyata keçirilməsinə yerli icmalar da maraq göstərir ki, bu da sevindirici haldır".
Q.Yedjeyçak, həmçinin, onu da qeyd etdi ki, bu layihə bir neçə gün öncə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı "Regionların İqtisadi Sosial İnkişafı (2009-2013) Dövlət Proqramı" ilə də uyğunlaşır. Bank rəsmisinin sözlərinə görə, bu layihə çərçivəsində yeni iş yerlərinin açılmasına nail ola bilərik.
"Bu layihənin ölkə ictimaiyyətinə daha çox çatdırılmasına ehtiyac ola bilər və ona görə, kütləvi informasiya vasitələri bu işi geniş işıqlandırmalıdır" deyə DB-nin Bakı ofisinin rəhbəri vurğuladı.

Digər xəbərlər