PDF Oxu

İqtisadiyyat

  • 9

Ermənistanın baş naziri Tiqran Sarkisyan: “Ermənistan ağır iqtisadi böhranla üz-üzə qalıb”

Ermənistanın baş naziri Tiqran Sarkisyan: “Ermənistan ağır iqtisadi böhranla üz-üzə qalıb”
Ermənistanın baş naziri Tiqran Sarkisyan ölkəsinin çox ciddi iqtisadi və maliyyə böhranı ilə üz-üzə qaldığını bəyan edib. Baş nazir "Arka" agentliyinə verdiyi müsahibəsində deyib ki, ölkəsi üçün bir nömrəli problem qiymət artımıdır: "Yaxın 15 il ərzində qiymətlər bütün dünyada artmağa davam edəcək və belə bir şəraitdə tam xarici bazardan asılı olan və nəqliyyat çıxışı olmayan Ermənistan üçün bu, ciddi təhlükədir".
T.Sarkisyan bütün ağırlığı Milli Bankın üzərinə götürməsini istəyir ki, bu da dövlətin monopoliyası deməkdir. O, Ermənistanın "regional maliyyə mərkəzi" olmasını, bank və poçt sferalarında islahatların həyata keçirilməsi, investisiya fondlarının yaradılması, səhiyyə, istehlak sahəsində qanunvericiliyin təkmilləşdirilməsini istəyir.
Lakin T.Sarkisyan bir daha təkrarlayaraq bildirib ki, Ermənistan çox gecikib: "Biz pensiya islahatlarında gecikmişik. İpotekamız yoxdur, ipoteka fondunu yaratmamışıq. Poçtun islahatı, maliyyə mərkəzinin yaradılması, səhiyyə sahəsində vahid informasiya mərkəzinin hazırlanması... Bizim investisiya institutları sahəsində effektiv qanunvericiliyimiz yoxdur. Ermənistanda açıq səhmdar cəmiyyətləri fəaliyyət göstərə bilmədilər. Rayonlarda sosial proqramlar, kreditlərin verilməsi sahəsində heç nə edilməyib, bunlar hamısı əldən verdiyimiz imkanlardır".

Digər xəbərlər