Regionların iqtisadi inkişafında yeni imkanlar açılıb
Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Aqrar Kredit Səhmdar cəmiyyətinin idarə heyətinin sədri Məmməd Musayev mətbuat konfransı keçirib.
Mətbuat nümayəndələrinin diqqətini daha çox 2008-ci ildə görülmüş və qarşıda duran vəzifələrə yönəldən M.Musayev ötən ili Azərbaycanın aqrar kredit sistemində uğurlu il kimi xarakterizə edib: "2008-ci ili bütövlükdə respublikamız müsbət nəticələrlə başa vurmuşdur. Həm ümumi daxili məhsulun həcminə və artımına görə, ölkəmiz reigonda və dünyada aktiv ölkələrdən biri olmuşdur. O cümlədən də, ötən ilin birinci rübündə artım tempinə görə Azərbaycan rgionda öncül ölkələrdən birinə çevrilmişdir. Bununla ölkəmizin qarşısında duran əsas məqsəd son dövrlərin iqtisadi siyasətində regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır. Regionların inkişafı ilə bağlı bu yaxınlarda regionların inkişafı proqramının yerinə yetirilməsinin beşilliyinə həsr olunmuş tədbir keçirildi və proqramın bütövlükdə yerinə yetirilməsi ilə ölkə başçısı cənab İlham Əliyev geniş məlumat verdi. Bununla yanaşı, respublikamızın regionlarında əsas prioritet istiqamət kənd təsərrüfatının inkişafı başlıca məqsəd kimi qarşıya qoyulub.
Azərbaycanda 2008-ci ildə 38 mlrd dəyərində ümumi daxili məhsul istehsal olunub. Onun da 2,2 mlrd kənd təsərrüfatının payına düşür. Eyni zamanda, 2008-ci ildə ölkə iqtisadiyyatına 7,1 mlrd kredit verilmişdir ki, bunun da 260 mln-u kənd təsərrüfatı və emal sənayesinə verilən kreditlərdir. Aqrar kredit təşkilatı da bu siyasətin yerinə yetirilməsində fəal iştirak edir.
Təşkilatın bu günə mənzil kapitalı 20 mln man, nizamnamə kapitalı isə 18,5 mln man təşkil edir. Toplam aktivlərimiz isə 25 mln man-dır. Aqrar kredit təşkilatı tərəfindən 2008-ci il ərzində 12 mln manat kredit verilib. Kreditlərin qayıdış məbləği isə 97 faiz olub. Bütövlükdə isə, bu layihə başlanandan 31 mln man kredit verilmiş və bu günə qalıq isə 9,5 mln man olmuşdur. Bu layihələr başlayandan isə, ümumilikdə, 10511 fiziki və hüquqi şəxsə kredit verilib. Ümumilikdə isə, verilən kreditlərin həcmi isə 48 mln man olub. Bundan başqa təşkilat tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun agent bankı kimi və bu fonda vasitəsilə kreditlər verilib. Təşkilat 330 fiziki və hüquqi şəxsə 5229000 kredit verilmişdir. Bu günə qalıq isə 3,5 mln man təşkil edir. Eyni zamanda, təşkilat Sahibkarlığa Kömək Milli Fondu və İqtisadi inkişaf nazirlikləri ilə çox yaxından əməkdaşlıq edir.
Yaxın vaxtlarda Gəncə-Qazax zonasında kredit yarmarkaları keçiriləcəkdir və ilkin olaraq bizim təşkilata 500000 man kredit limiti verilmişdir. həmin kreditlər Gəncə-Qazax iqtisadi zonasında mikro kreditlər formasında 10-15 min man civarında sahibkarlara verilməsi nəzərdə tutulur. Bununla bağlı da artıq müvafiq müraciətlər qəbul olunub və kreditlər həmin yarmarkalarda sahibkarlara veriləcəkdir. Bundan sonra isə növbəti yarmarkanın Quba-Xaçmaz iqtisadi sonasında keçirilməsi nəzərdə tutulur. Bu yarmarkada da Aqrar Kredit təşkilatı sahibkarlara kerditlərin verilməsinə başlanacaqdır.
Təşkilat tərəfindən həyata keçirilən digər layihə isə Şimal-Şərq layihəsidir. Bu isə Beynəlxalq Kənd Təsərüffatı İnkişaf Fondunun layihəsidir. Layihə, əsasən, ölkəmizin Abşeron, Xızı, Dəvəçi, Siyəzən rayonlarını əhatə edir. Kredit birliklərinə və qruplarına kredit vermək məqsədilə yaradılan bu layihənin ircasına artıq başlanılıb. Onu da qeyd edim ki, artıq bu layihənin icrasına başlanılaraq fiziki və hüquqi şəxslərə 125 mln man kredit verilib. Kredit qayıdış səviyyəsi isə 97 faiz təmin olmuşdur.
Təşkilat keçən il fəaliyyətini mənfəətlə başa vurmuş 410 min man əldə edərək bu ilin ilk rübündə də fəaliyyətinə 89000 man əldə edərək uğurla başlamışdır. 2008-ci ildə təşkilatın gəliri 4520000 man, xərcləri isə 4109000 man təşkil edib. Əsas fəaliyyət planını regionlarda quran təşkilat bütün ölkəni əhatə edir. Ölkə üzrə təşkilat 12 regional filialı və 4 nümayəndəliklə vətəndaşlarımıza xidmət göstərir. Bu günə qədər təşkilatın fəaliyyəti ölkəmizin 44 rayonunu əhatə edir. Əsas məqsəd isə ölkəmizin regionlarında daha da möhkəmlənmək və regionların iqtisadi inkişafını daha da artırmaqdan ibarətdir. Bütün bunların müqabilində isə kənd təsərüffatına kreditlərin verilməsinə böyük ehtiyac vardır.
İlkin hesablamalara görə bu gün kənd təsərüffatında kreditə olan tələb 2 mlrd man-a yaxındır. Ona görə də həm daxili maliyyə inistutları ilə həm də beynəlxalq maliyyə institutları ilə danışıqlar aparılır ki, əlavə və uzunmüddətli maliyyə vəsaiti cəlb edək. Planlaşdırılır ki, əldə ediləcək bu maliyyə regionların inkişafını sürətləndirmək üçün daha böyük təkan olacaq. Digər məsələlər isə manatın sabitliyi və iqtisadi göstəricilərlə bağlıdır. Aqrar kredit təşkilatı olaraq, demək olar ki, bu gün manatın sabitliyini qorumaq üçün bütün iqtisadi əsaslar vardır. Əminliklə deyə bilərik ki, 2009-cu ildə Azərbaycan öz manatının səviyyəsini qoruyub saxlayacaqdır. Bunun üçün iqtisadi baza-idarəetmə mövcuddur. Əsas hədəf isə rejionların sosial iqtisadi-inkişafıdır və regionlarda iqtisadi mühiti canlandırmaqdır. Bununla bağlı təşkilatımızın əlində olan bütün rıçaqlardan istifadə edilir. Təşkilat, həmçinin, ölkəmizdə fəaliyyət göstərən Azəri-Türk bankının 46 faiz səhminə sahibdir. Bu bank keçən ili mənfəətlə başa vuraraq, 2100000 man mənfəət əldə etmişdir. Nizamnamə kapitalı 10 mln, mənzil kapitalı 12 mln man-dır. 44 mln man isə ümumi toplam aktivlərdir. Bu bank isə daha çox Azərbaycanla Türkiyə iqtisadi əlaqələrinin inkişafına xidmət göstərir. Bankın Bakı və Gəncə şəhərində fəaliyyət göstərən iki filialı ticarətin və xırda, orta sahibkarlığın kreditləşməsini həyata keçirir" deyə M.Musayev təşkilatın 98 faiz kredit və qayıdış göstəriciləri isə daha yüksək göstəriciyə malik olduğu bildirdi. Qeyd etdi ki, bundan sonra isə Naxçıvan MR-də, Lənkəranda, Xaçmazda yeni filialların açılması planlaşdırılır. 2009-cu ildə isə təşkilatın fəaliyyət strategiyası planlaşdırıldığını və 1500000 mln man kredit verilməsinin nəzərdə tutulduğunu söyləyən M.Musayev dünyada baş verən maliyyə böhranına baxmayaraq, təşkilat bu ili də, keçən ildə olduğu kimi, mənfəətlə başa vurmağı qarşıya məqsəd kimi qoyduğunu bildirdi.