PDF Oxu

İqtisadiyyat

  • 8

Cemal Yanğın: “Keçən il Türkiyənin ən böyük idxalat artımı Azərbaycandan olub”

Cemal Yanğın: “Keçən il Türkiyənin ən böyük idxalat artımı Azərbaycandan olub”
Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyəti sədrinin müavini Cemal Yangın Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) təşkilatçılığı ilə həyata keçirilən "Avrasiya Bölgəsinin Türkiyə İqtisadiyyatı üçün Əhəmiyyəti" adlı beynəlxalq konfransda çıxış edib.
ATİB-dən verilən məlumata əsasən, konfransın keçirilməsində məqsəd dünyada yaşanan qlobal böhran zamanı Avrasiya regionundakı siyasi və iqtisadi dəyişikliklərin fonunda regionun Türkiyə iqtisadiyyatı üçün əhəmiyyətinin gündəmə gətirilərək müzakirəsi olub. Avrasiya regionunun kəsişmə nöqtəsi olan İstanbulda təşkil edilən konfransda bir çox ölkələrin dövlət rəsmiləri və iş adamları iştirak ediblər.
Cemal Yangın vurğulayıb ki, regionlar arasındakı ticarət əlaqələri təhlil edildikdə dünya mal ticarətinin ümumi mənzərəsində coğrafi yaxınlığın xarici ticarətdə çox əhəmiyyətli rol oynadığı aydın görünür. 2008-ci il məlumatına görə, Türkiyənin 1 nömrəli ixracat partnyoru Almaniya, 1 nömrəli idxalat partnyoru isə Rusiyadır. Ən sürətli idxalat artımı isə Azərbaycandan olub".
O, çıxışının sonunda qeyd edib ki, Cənubi Qafqaz Türkiyə üçün ən az Qara Dəniz və Orta Şərq qədər əhəmiyyətli regiondur: "Bu regionda əsas tarixi bağımız, təbii ki, Azərbaycandır. Bu səbəbdən Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq, tarixi missiyamızı dərk edir və bu iki ölkə arasındakı iqtisadi, sosial və mədəni əlaqələrin güclənməsi üçün əlimizdən gələni əsirgəmirik. Bu bağların iki ölkə sərhədlərini aşıb, üçtərəfli və dördtərəfli formata keçməsi isə regionda daimi sabitliyə, davamlı iqtisadi yüksəlişə, ortaq ticarət və innovasiya sahələrinin inkişafına və iqtisadi təhlükələrə qarşı ortaq refleksə nail olunmasına töhfə verə bilər". Beynəlxalq tədbirdə Türk-Avrasiya İş Şuraları Koordinasiya Rəhbəri Tuğrul Erkin, sabiq dövlət naziri prof.dr. Ahat Andican, Topqapı Sarayı Muzeyinin baş direktoru prof.dr. İlber Ortaylı, Rusiya Dövlət Dumasının deputatı Sergey Markov və başqa dövlət nümayəndələri, iş adamları iştirak ediblər.

Digər xəbərlər