“Sosial Dialoq Sahəsində Əməkdaşlıq” layihəsinin icrasına başlanılıb
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, konfederasiya Almaniyanın Bildungsüetk der Wirtscaft İnstitutu ilə birlikdə "Sosial Dialoq Sahəsində Əməkdaşlıq" mövzusunda layihənin icrasına başlayıb.
Layihənin məqsədi Azərbaycanda sosial dialoqun inkişafı və onun səviyyəsinin qaldırılması, həmçinin sosial tərəfdaşlar (hökumət, işəgötürənlər və həmkarlar) arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi sahəsində qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.
Layihə çərçivəsində dünən ASK-da "Əmək müqavilələrinin bağlanmasında və əmək mübahisələrinin həllində əmək qanunvericiliyinin praktik tətbiqi" mövzusunda seminar keçirilib. Tədbirdə 25-ə qədər özəl şirkət nümayəndələri iştirak edəcək. Seminar yerli mütəxəssislər və Almaniyadan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılacaq.
Seminarın məqsədi Almaniya və Azərbaycanda əmək müqavilələrinin bağlanması və əmək mübahisələrinin həll edilməsi məsələlərində əmək qanunvericiliyinin tətbiq edilməsi və bu sahədə paralel müqayisələrin aparılmasıdır. Seminarda özəl şirkətlərin bu sahədə qarşılaşdıqları problemlərlə bağlı suallara da aydınlıq gətiriləcək.
Qeyd edə ki, ASK cari ildən başlayaraq Almaniyanın Bildungswerk der Wirtschaft İnstitutu ilə birlikdə "Azərbaycanda sosial dialoq" mövzusunda layihə həyata keçirir. Layihənin məqsədi Azərbaycanda sosial dialoqun inkişafı, onun səviyyəsinin artırılması, həmçinin, sosial tərəfdaşlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir.
Layihə çərçivəsində, eyni zamanda, dünən "Əmək müqavilələrinin bağlanılmasında və əmək mübahisələrinin həllində Əmək Məcəlləsinin praktiki tətbiqi. Beynəlxalq təcrübə" mövzusunda seminar keçiriləcək. Seminar Almaniyadan gəlmiş mütəxəssislər və yerli mütəxissislər tərəfindən aparılacaq.