PDF Oxu

İqtisadiyyat

  • 18

Azərbaycan sürətli inkişaf yolunda

Azərbaycan sürətli inkişaf yolunda
Dünən Yeni Azərbaycan Partiyasının mənzil qərargahında mətbuat nümayəndələri ilə görüş Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla oldu. S.Müslümov müstəqil Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, ölkəmiz son illərdə iqtisadi artım tempinə görə qloballaşan dünyada lider dövlətə çevrildiyini dedi.
 Fondun sədri 2008-ci ildə ÜDM-in real artımı 10,8 faiz, o cümlədən, neft sektoru üzrə 7 faiz, qeyri-neft sektoru üzrə isə 15,7 faiz olduğunu bildirdi. Onun sözlərinə görə, il ərzində əhalinin adambaşına düşən gəlirləri əvvəlki illə müqayisədə 36,2 faiz artmış, əhalinin adambaşma düşən gəlirləri inflyasiyanın səviyyəsini 15,4 faiz üstələmişdir. Azərbaycanda yoxsulluğun səviyyəsi daha da aşağı düşmüşdür.
S.Müslümov 2008-ci ildə DSMF-nin gəlirlərinin 1395,9 mln man-a çatdığını qeyd edərək, bu da 2007-ci ilə nisbətən 428 mln man və ya 44,2 faiz çoxdur. 2008-ci ildə məcburi dövlət sosial sığorta haqlan üzrə daxilolmalar 2007-ci ilə nisbətən 39,4 faiz və ya 271,0 mln man artaraq 958,6 mln man təşkil etmişdir. Qeyri-büdcə təşkilatlarının ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği keçən ilə nisbətən 37,9 faiz və ya 154,7 mln man, proqnoza nisbətən isə 20,9 mln man çox olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1392 mln man təşkil edib. Ötən ilin sonuna olan hesabata görə, pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1339 mln man vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilə nisbətən 385 mln man və ya 40,4 faiz çoxdur: "Ölkə Prezidentinin müvafiq sərəncamları ilə yaşa görə əmək pensiyasının baza hissəsi yanvarın birindən 60 man-a, sentyabrın birindən isə 75 man-a çatdırılmış, yəni il ərzində 50 faiz artırılmışdır. 2008-ci ilin sonunda əmək pensiyalarının orta aylıq məbləği 96 man-a çatmaqla, ilin əvvəlinə nisbətən 33 man artmışdır. Mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək başa çatdırılması nəzərdə tutulur".
2009-cu ilin yanvar tarixinə bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sığorta hissəsinin 20,8 faiz artırıldığını deyən fondun sədri,  bildirdi ki, 547 min nəfərin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi tətbiq olunmuş, bu şəxslərin hər birinin pensiyalarının artımı orta hesabla 6 man təşkil etmiş, bu artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın məbləği 99 man müəyyən edilib. Bu məqsədlər üçün hər ay təqribən 3,2 mln man, il ərzində isə 38,5 mln man əlavə vəsait tələb olunur ki, bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.
S.Müslümov hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarında baş vermiş artımlarla bağlı açıqlama verdi. Qeyd etdi ki, həmin şəxslərin pensiyaları orta hesabla 75 man artıb: "Dövlət qulluqçularının məvaciblərinin artırılmasına uyğun olaraq göstərilən kateqoriyadan olan şəxslərin pensiyaları orta hesabla 50 faiz artırılıb. Bütün bunların nəticəsində 2008-ci ildə pensiya xərcləri əvvəlki ilə nisbətən 41 faiz və ya 379 mln man artaraq, 1306 milyon manat təşkil edib. 2008-ci ilin sonunda əmək pensiyalarının orta aylıq məbləği 96 man-a çatmaqla, ilin əvvəlinə nisbətən 33 man artıb".
S.Müslümov onu da qeyd etdi ki, bütün bunlar qlobal maliyyə böhranı şəraitində, belə Azərbaycan hökumətinin qanunla müəyyən olunmuş sosial öhdəliklərini uğurla yerinə yetirdiyini bir daha təsdiqləyir.
Fondun sədri bildirdi ki, Azərbaycanda 2009-cu il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 2008-ci ilin əvvəli ilə müqayisədə 26455 nəfər artaraq 1275138 nəfərə çatıb. Onlardan 496788 nəfəri kişi, 778350 nəfəri qadındır. Qadınlardan 374490 nəfəri çoxuşaqlı anadır. Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9241 nəfər təşkil edir. Ümumilikdə, əmək pensiyaçılarının 125548-i işləyən pensiyaçılardır. Hazırda yaşa görə pensiya alanların sayı 835844, əmək pensiyası alan şəxslərin sayı isə 301661 nəfər təşkil edir. Onlardan 22354 nəfəri I qrup, o cümlədən, 7644 nəfəri I qrup gözdən əlillərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4705 nəfərdən ibarətdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137633 nəfərə çatıb. Onlardan 22-si Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir. 
Dövlət Sosial  Müdafə  Fondunun fərdi uçot  sistemində fərdi  şəxsi hesabı olan sığortaolunanların sayı ilə bağlı məlumat verən S.Müslümov bildirdi ki, 2008-ci ilin əvvəli ilə müqayisədə 185 min nəfər artıb. Belə ki, hazırda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1516100 nəfərə çatıb. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan sığortaolunanların sayı 432763 nəfərdir. Bundan başqa, 30 yaşa kimi sığortaolunan vətəndaşların sayı 376257 nəfər, 30-40 yaş aralarında sığortaolunanlar 343525 nəfər, 50-60 yaş aralığındakılar 261984 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 101571 nəfərdən ibarətdir.
Azərbaycanda əmək pensiyalarının plastik kartlarla ödənilməsi prosesinin müvəffəqiyyətlə tətbiq edildiyini deyən fondun sədri bildirdi ki, əgər 2008-ci ilin oktyabr ayının statistikasına əsasən Azərbaycanda, ümumilikdə, ödəniş aparılan pensiyaçılarm 87 faizinin, yəni 960 min nəfərinin pensiyası plastik kartlarla ödənilirdisə, hazırda bu göstərici 93 faiz, yəni, 1 mln 30 min nəfər təşkil edir. Şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, kəndlərdə isə 84 faizinin pensiyaları plastik kartlarla ödənilir. Bu göstərici üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Digər xəbərlər