PDF Oxu

İqtisadiyyat

  • 16

Azərbaycan sənaye-energetika səhəsində uğurlar əldə etməkdədir

Azərbaycan sənaye-energetika səhəsində uğurlar əldə etməkdədir
Bildiyimiz kimi, "Gülüstan" sarayında Prezdent İlham Əliyevin iştirakı ilə regonların sosial-iqtisadi inkişafı, dövlət proqramlarının icrasının yekunlarına həsr olunmuş konfrans keçirildi. Ölkə başçısı dünyada yaranan maliyyə böhranının Azərbaycana təsiri olmayacağını bildirib. Bunu Azərbaycanın iqtisadi inkişafı ilə əlaqələndirmək olarmı? Bu və ya digər suallarla Neft-Qaz Araşdırmalar Mərkəzinin sədri İlham Şabana müraciət etdik.
-Mən ancaq energetika ilə bağlı məsələləri açıqlaya bilərəm. Prezdent İlham Əliyev energetikada iki sahə üzərində dayandı. Elektrik enerjisi və qazla bağlı Azərbaycanda son 4 ildə bu məsələlərdə həqiqətən böyük uğur oldu. Azərbaycana beş il bundan öncə Rusiyadan 4-5 milyard kubmetr qaz idxal edilirdisə, 2007-ci ildə buna son qoyuldu və Azərbaycan 2007-ci ilin əvvələrindən etibarən qaz ixracatçısı kimi iştirak edir. Azərbaycan üçün vacib olan odur ki, əgər biz əvvəllər neftimizin ixracını tamamilə xarici neft şirkətlərinin hesabına həyata keçirirdiksə, indi bunu birbaşa Dövlət Neft Şirkəti (ARDNŞ) həyata keçirir. Keçən il ARDNŞ iki dəfə özünün balansında olan yataqlarda qaz hasilatını artırır. İndi isə xüsusi qurğular quraşdırmaq, texnoloji prosesləri mükəmməlləşdirməklə o yanacağı artıq itirmirik və ondan istifadə edirik. Bundan başqa, Dövlət Neft Şirkətinin böyük qaz lahiyəsi artırılmalıdır. Mən deyərdim ki, artıq ölkə ərazisinin böyük hissəsi qazla təmin edilib. Son illər Azərbaycanda modul tipli elektrik stansiyalarının istifadəyə verilməsi bizim bu sahədə uğurlarımızdan xəbər verir. Biz artıq 2008-ci ilin yekunlarına görə sırf elektrik enerjisi ixrac edən ölkə statusu qazandıq.
Bildiyimiz kimi, Azərbaycan dünyanın bir parçası olduğu üçün dünyada baş verən proseslər, o cümlədən, maliyyə böhranının Azərbaycana müəyyən mənada təsir olsa da, təbii ki, hökumətimizin apardığı məqsədyönlü siyasət nəticəsində qeyd olunan böhran ölkəmizə o qədər də ciddi təsir göstərməyib. Düşünürəm ki, məqsədyönlü, uğurlu siyasət davam etdirilərsə, qeyd olunan böhran gələcəkdə də respublikamıza ciddi təsir göstərməyəcək.

Digər xəbərlər