Bakcell Azərbaycanda öz CSM şəbəkəsini genişləndirir
Azərbaycanın ikinci iri mobil operatoru olan Bakcell bütün ölkə üzrə istifadəçilərin artan tələbatlarının təmin edilməsi üçün öz 2G şəbəkəsini genişləndirir. Yeni mobil məlumat ötürmə xidmətlərinə artan tələbata cavab olan Nokia Siemens Networks tərəfindən həyata keçirilən EDGE texnologiyasına keçid şəbəkənin əhatəsinin genişlənməsinə və Bakcell abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına gətirib çıxaracaq.
İctimaiyyətlə əlaqələr üzrə şöbənin müdiri Vəfa Əsədovanın sözlərinə görə, bağlanmış müqaviləyə əsasən, Nokia Siemens Networks Bakcell şəbəkəsində öz Flexi EDGE Baza Stansiyaları Patformasını tətbiq etməklə, şirkətin radio və baza şəbəkəsinin tam genişləndirilməsini təmin edəcək: "Flexi modul konsepsiyası Bakcell-ə baza stansiyalarının konfiqurasiyasında yüngül dəyişikliklər etmək və enerji sərfiyyatına qənaət edilməsi sayəsində əməliyyat məsrəflərini azaltmaq imkanı verəcək".
Bakcell-in baş direktoru İneke Botterin bildirdi ki, məqsədimiz Bakıda və regionlarda öz abunəçilərimizi yeni texnologiyalarla və daha yaxşı əhatə dairəsi ilə təmin edəcək və Nokia Siemens-in yeni texnologiyaları sayəsində Bakcell öz abunəçiləri üçün yeni məlumat ötürmə xidmətləri işləyib hazırlayacaq: "Texnologiya ətraf mühit üçün əlverişlidir və Bakcell-ə öz abunəçilərinə video, internet və audio xidmətlərini özündə birləşdirən müxtəlif yeni mobil xidmətlərin göstərilməsinin çevikliyini təmin etmək imkanı verir. Bu, hətta ADSL ilə müqayisə olunacaq sürətlə səs və məlumat ötürmə xidmətlərindən, eyni zamanda, istifadə etmək imkanı verəcək".
Azərbaycanda Nokia Siemens Networks şirkətinin rəhbəri Valter Lemor bildirdi ki, Bakcell Azərbaycanın bir çox regionlarında şəbəkənin genişləndirilməsi üzrə bu mühüm vəzifənin yerinə yetirilməsi üçün məhz bizi seçib: "Öz qabaqcıl məhsulumuzla biz Bakcell abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltmək və məlumat ötürmə xidmətlərinə qarşı sürətlə artan tələbatı təmin etmək üçün şəbəkəni hazırlamaq imkanına malik olacağıq. Bundan əvvəl iki şirkət 2006-cı ildə Bakı ərazisində birgə iş aparıb. İndi isə biz bu genişləndirməni həyata keçirməklə, bütün Azərbaycanda da eyni dəstəyi təmin etmək niyyətindəyik".
Qeyd edək ki, Bakcell tərəfindən seçilmiş pilot baza stansiyası Flexi öz ölçülərinə görə olduqca kiçikdir, modul tiplidir və asan quraşdırılır və bu, şəbəkənin daha operativ genişləndirilməsinə imkan verir. O, həmçinin, digər operatorlarla imkanların asanlıqla paylaşmasına imkan verir. Enerji effektivliyinə görə dünyada lider olan Flexi baza stansiyası operatorlara şəbəkə qovşağının enerji sərfiyyatında 70%-dək qənaəti təmin etmək imkanı verir. Bu, 3G, WiMAX i LTE kimi digər qabaqcıl mobil radio texnologiyaları ilə asanlıqla uyğunlaşa bilən, gələcəyin hazır platformasıdır. Bakcell-ə təchizat 2009-cu ilin mart ayında başlanacaq və şəbəkənin genişləndirilməsi 2009-cu ilin sonunadək tamamilə başa çatdırılacaq.