Əlipaşa Qaybəliyev
iqtisadçı ekspert:
- Məlumdur ki, ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı (2004-2008-ci illər) təsdiq etmişdi. Bu proqramın icrası nəticəsində ölkəmizin regionları sürətlə inkişaf etdi. Bölgələrdə yüzlərlə iş yerləri yaradıldı və bunun da nəticəsində regionlarda işsizlik problemi həllini tapmış oldu. Bu gün Azərbaycanın hər bir şəhər və kəndində quruculuq-abadlıq işləri gedir və bununla da bölgələrimiz daha da gözəlləşir, müasirləşir. Regionlarımızdakı inkişafı heç kəs inkar edə bilməz. Məhz bunun davamı olaraq, ölkə rəhbərliyi 2009-2013-cü illəri əhatə edən növbəti Dövlət Proqramını təsdiq edib. Adıçəkilən proqramın icrası nəticəsində regionlarımız daha sürətlə inkişaf edəcək. Bir iqtisadçı olaraq, bu proqramdan gözlədiklərim çoxdur.güman edirəm ki, bu proqramın icrasının nəticəsi olaraq, regionlarımızda olan bəzi problemlər də öz həllini tamamilə tapmış olacaq. Biz minimum çalışmalıyıq ki, bölgələrimizin potensialından daha səmərəli istifadə edək. Azərbaycan hökuməti də, heç şübhəsiz ki, növbəti illəri əhatə edəcək Dövlət Proqramının icrası zamanı bütün bunları nəzərə alacaq.
Cümşüd Nuriyev,
iqtisadçı-ekspert:
- Bilirsiniz ki, dövlətimiz 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı da qəbul edib. Bu proqramın icrası ilə bağlı Azərbaycan bir sıra iqtisadi problemini həll edib. Birincisi urbanizasiya problemi həllini tapıb, yəni, əhalinin bölgələrdən paytaxt Bakaya axınının qarşısı alınıb. İkincisi regionlarda işsizlik problemi öz həllini tapıb. Üçüncüsü, Azərbaycanın daxili bazarında yerli sahibkarların xüsusi çəkisi artıb. Eləcə də Azərbaycan qeyri-neft sektoruna sərmayə qoyuluşunu artırıb. Yəni qəbul edilmiş və 2009-2013-cü illəri əhatə edən, yəni bu ildən icrasına start verilən Dövlət Proqramı məhz bu istiqamətdə hökumətin, ölkə rəhbərliyinin yürütdüyü siyasətlə bağlıdır. Birinci istiqamət odur ki, hökumət idxalda kənd təsərrüfatı məhsullarının çeşidinin azaldılmasının tərəfindədir. Yəni, birinci istiqamət iqtisadi istiqamətdir. İkinci istiqamət ərzaq problemini həll etmək məsələsidir. Hətta bununla bağlı Prezident İlham Əliyevin sərəncamı da var. Bütün bunlar qeyd olunan Dövlət Proqramının təməlini təşkil edir.
Eləcə də 2009-cu il yanvarın 1-dən fermerlər yenidən vergilərdən azad olundular. Yəni bununla bağlı Prezident sərəncam imzalayıb. Bütün bunlar ölkəmizdə həm yeni iş yerlərinin açılmasına, həm də ərzaq təminatı ilə bağlıdır. Hazırda ölkəmizdə ərzaq təminatı 47 faizdir. Lakin ötən illərdə bu, 30-35 faiz olmuşdu. Yəni bir Dövlət Proqramı qəbul edilməklə, Azərbaycan qısa müddət ərzidə ərzaq təminatını xeyli yaxşılaşdırıb. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün bizim xeyli maliyyə vəsaitimiz var. Dövlət də bu proqramı qəbul etməklə qeyri-neft sektorunu, regionları daha da inkişaf etdirmək istəyir.
Dünya iqtisadiyyatına ciddi zərbə vuran beynəlxalq böhran ölkəmizdə regionların sosial-iqtisadi inkişafına təsir göstərməyib. Həm də Azərbaycan bu böhrandan xeyli uzaqdır. Eləcə də ölkəmizə yatırılan sərmayələr də azalmayıb. Mən düşünmürəm ki, "Regionların sosial-iqtisadi davamlı inkişafı Dövlət Proqramı"nın (2009-2013-cü illər) icrasına dünya maliyyə böhranı təsir göstərsin. Hesab edirəm ki, adıçəkilən proqramın icrası uğurla həyata keçiriləcək.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...