PDF Oxu

İqtisadiyyat

  • 12

Bu il də Azərbaycanda inflyasiyanın səviyyəsi yüksək olmayacaq

Bu il də Azərbaycanda inflyasiyanın səviyyəsi yüksək olmayacaq
Azərbaycan dövlətinin, ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi siyasətin nəticəsində, ölkəmiz qlobal problemlər olan və əksər dünya ölkələrinin iqtisadiyyatına zərbə vuran beynəlxalq maliyyə böhranı, dünya iqtisadi böhranı ilə ciddi üzləşmədi. Eləcə də, respublikamızda inflyasiyanın səviyyəsi gözlənilmədən də aşağı oldu. Beynəlxalq maliyyə təşkilatları isə bu il Azərbaycanda inflyasiyanın birrəqəmli həddə olacağını vurğulayıb. Bununla bağlı iqtisadçılarla əlaqə saxladıq.

Eyyub Hüseynov iqtisadçı, ekspert:

- Hökumət iş apararsa inflyasiyanın səviyyəsi yüksək olmayacaq. Sözsüz ki, Azərbaycan dövləti də bu istiqamətdə işlər görür. Bundan əlavə azad istehlakçı siyasəti də inflyasiyaya təsir edən amillərdəndir. Yenə qeyd edirəm ki, hökumətimiz məqsədyönlü tədbirlər görür. Məhz bunun nəticəsidir ki, dünya maliyyə böhranı Azərbaycana ciddi təsir göstərmədi və gələcəkdə də belə olacaq. Eləcə də, aparılan məqsədyönlü iqtisadi siyasət davam edərsə, inflyasiya yüksək olmayacaq. Belə düşünürəm ki, ölkəmizdə inflyasiyanın səviyyəsi uzaqbaşı 18-20 faiz təşkil edəcək.

Ancaq elə etmək lazımdır ki, inflyasiya həmin həddə çatmasın.

Əlipaşa Qaybəyliyev, iqtisadçı ekspert:

- Bu gün dövlətimiz tərəfindən çox müsbət işlər görülür. Dünya maliyyə böhranının ölkəmizə ciddi təsir göstərməməsi də buna əyani sübutdur. Milli Bankda uçot dərəcəsi 8 faizdən 5 faizə endirildi, işçiləri məzuniyyətə buraxan şirkətlər, yenidən həmin işçiləri işə qaytardı. Bütün bunlar onun göstəricisidir ki, ölkə rəhbərliyi doğru iqtisadi siyasət həyata keçirir. Keçən il ölkəmizdə inflyasiyanın səviyyəsi yüksək olmadı. Hətta proqnozlaşdırılanlardan da aşağı idi. Düşünürəm ki, bu ildə inflyasiya həddi yüksək olmayacaq. Düzdür, dəqiq proqnoz vermək çətindir, amma beynəlxalq maliyyə qurumları 2009-cü ildə ölkəmizdə inflyasiyanın səviyyəsinin birrəqəmli həddə olacağını vurğulayıb. Hesab edirəm ki, beynəlxalq maliyyə təşkilatları belə proqnoz verirsə, inflyasiya yüksək həddə olmayacaq.

Digər xəbərlər