Ötən il Dövlət Neft Fondunun gəlirləri 231,1 mln man olub
Dünən Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci ildə gəlir və xərcləri barədə audit olunmuş maliyyə hesabatlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında DNF-nin icraçı direktoru Şahmar Mövsümov çıxış edərək, fondun 2008-ci il ərzində büdcə gəlirlərinin 11864,7 mln man, büdcə xərclərinin isə 4291,8 mln man təşkil etdiyinin vurğulamışdır. Ş.Mövsümov, həmçinin, qeyd etmişdir ki, fondun 2008-ci il büdcəsinin gəlir hissəsi 117 faiz, xərc hissəsi isə 98 faiz təşkil etmişdir: "2008-ci il ərzində DNF-nin neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11633,5 mln man, o cümlədən, mənfəət neftinin satışından 11527 mln man, akrhesabı ödənişlərdən 3,6 mln man, bonus ödənişlərindən 2,8 mln man, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 2,7 mln man, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsi üzrə dividendlərdən 97,2 mln man, tranzit haqqı 0,2 mln man təşkil etmişdir"- deyə fondun icraçı direktoru ötən il ərzində NF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 231,2 mln man-a bərabər olduğunu vurğulamışdır.
Ş.Mövsümov hesabat dövrü ərzində Neft Fondunun 2008-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 145 mln man vəsait ayrıldığını bildirib. Eyni zamanda, icraçı direktor Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihəlirinin maliyyələşdirilməsi məqsədilə müvafiq olaraq 120,6 mln man və 211,8 mln man vəsait ayrıldığını mətbuat nümayəndələrinin diqqətinə çatdırmışdır. Bununla yanaşı Ş.Mövsümov ötən il 3800 mln man vəsaitin dövlət büdcəsinə transfer edildiyini, 5,3 mln man vəsaitin isə "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldiyini bildirdi. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Prqoramı"nın maliyyələşdirilməsinə NF tərəfindən 2,3 mln man vəasitin ayırıldığını bildirən Ş.Mövsümov, bütün bunlarla yanaşı 2008-ci il ərzində NF-nin idarə edilməsi ilə bağlı xərclərin 6,8 mln man olduğunu da mətbuat nümayəndələrinin diqqətinə çatdırmışdır.
Fondun ötən il 2,6 mln man mənfəət vergisi və bununla bərabər digər vergiləri də yüksək səviyyədə ödədiyini bildirən icraçı direktor büdcədənkənar valyuta aktivlərinin 652 mln man təşkil etdiyini söyləyib. NF-nin 2008-ci ildə vəsaitlərin idarə edilməsi üzrə orta çəkili gələrlilik səviyyəsi 3,79 faiz təşkil etdiyini söyləyən Ş.Mövsümov, 2009-cu il yanvarın 1-ə fondun aktivlərinin 2008-ci ilin əvvəlinə nisbətən 4,3 dəfə artaraq 8986 mln man və yaxud 11219,2 mln dol olduğunu bildirib.