Azərbaycanın yeni inkişaf konsepsiyası
Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-20013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiqlənməsi haqqında imzaladığı sərəncam mübaliğəsiz olaraq ölkənin sosial-iqtisadi inkişafının yeni tarixi mərhələsi hesab edilə bilər. Qeyd edək ki, dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanı dinamik sosial inkişafa, tərəqqiyə, davamlı sabitliyə və yüksəlişə xidmət edən strateji siyasi kursu layiqincə davam etdirəcəyi, hələ onun proqram xarakterli ilk iqtisadi fərmanından bəlli olmuşdur. 6 il öncə 24 noyabr 2003-cü il tarixdə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərman imzalayan İlham Əliyev bir ictimai-siyasi formasiyadan digərinə keçidin doğurduğu obyektiv problemlərin sürətli həlli istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə rəvac vermişdir.
Məlum olduğu kimi, son sərəncamda ölkə iqtisadiyyatında müşahidə olunan dinamik inkişafın sürətdirilməsi yolları nəzəri-praktiki və konseptual əsasda göstərilmişdir. Sənədə əsasən, aiddiyyatı dövlət strukturları iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, xüsusən də, işsizliyin azaldılmasına, gənclərin faydalı məşğulluğunun artırılmasına, regionların bərarər inkişafına, qeyri-neft sektorunun gücləndirilməsinə, müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsulların istehsal olunmasına və onların dünya bazarına çıxarılmasına, aqrar sektorda islahatların başa çatdırılmasına yönəlmiş bir sıra proqramlar hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmişlər.
Son vaxtlar bir sıra beynəlxalq maliyyə qurumlarının rəylərində Azərbaycanın keçid iqtisadiyyatlı ölkələr arasında ən dinamik inkişaf edən ölkə kimi xarakterizə olunması təsadüfi deyil. Etiraf edək ki, sürətli sosial-iqtisadi inkişafın yeni mərhələsini yaşayan ölkəmiz bu gün bir sıra beynəlxalq, qlobal layihələrin fəal iştirakçısıdır. Davamlı sosial-iqtisadi inkişafa, gələcək tərəqqiyə, xalqın əbədi firavanlığına hesablanmış ulu öndər Heydər Əliyev siyasi kursu bu gün öz həqiqiliyini və əbədiyaşarlığını işdə və əməldə sübut edir.
Prezident İlham Əliyev tərəfindən həmin siyasi kursun uğurla davam etdirilməsi nəticəsində isə iqtisadiyyatımızın inkişafı getdikcə sürətlənir. Ölkənin büdcə imkanları ilbəil artır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu deyilənlər isə əməli işə, konkret rəqəmlərə söykənir. Belə ki, son 6 ildə ölkəmizdə davamlı inkişafın təminatçısı olan bir sıra mühüm dövlət proqramları qəbul olunub, iqtisadiyyata və sosial sahələrə əsaslı investisiya qoyuluşları davam etdirilib, qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə çoxsaylı yeni iş yerləri yaradılıb, minimum və orta aylıq əməkhaqlarının, təqaüdlərin məbləği dəfələrlə artırılıb. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla reallaşdırılması nəticəsində ölkənin tarazlı, balanslaşdırılmış inkişafının təmin edilməsi istiqamətində konkret addımlar atılıb, bölgələrdə yeni infrastruktur obyektləri yaradılıb, yollar çəkilib, səhiyyə və tədris ocaqları, idman-sağlamlıq mərkəzləri inşa olunub.
Bütün bunlar ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi islahatlar konsepsiyası cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini əks etdirməyə daha əminlik yaradır. Bu konsepsiya ölkədə həyata keçirilən radikal iqtisadi islahatların başlıca istiqaməti kimi çıxış edir və Qərb standartlarına əsaslanan bazar mexanizmlərinin inkişafı ilə şərtlənir. Təbii ki, bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatların sistemli və ardıcıl mahiyyətini ifadə edir.
Onu da qeyd edək ki, radikal iqtisadi dəyişikliklər mərhələsində həyata keçirilən iqtisadi tədbirlərin hər birinin ümumi iqtisadi inkişafda yerinin düzgün dərk edilməsi və onların reallaşdırılmasında ardıcıllığın gözlənilməsi köklü islahatların nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən əsas məsələlərdəndir. Unutmayaq ki, dünya miqyasında davam edən qloballaşma və virtuallaşma bazar seqmentlərinin ixtisarına, onlar arasında qarşılıqlı əlaqələrin güclənməsinə və güclü inteqrasiya proseslərinə səbəb olub. Bütün insanlar üçün bu gün və gələcəkdə pozitiv inkişafı təmin etmək, bazar iqtisadiyyatının gələcək yolunu düzgün nizamlayan çərçivə şərtlərinin formalaşması, bu prosesdə zəruri bir amil kimi böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar da məhz gələcək nəsillərin firavan yaşayışını ehtiva edir. İqtisadi inkişaf, yüksək həyat səviyyəsi, sosial əməkdaşlıq və beynəlxalq məsuliyyət yolunda ictimai fəaliyyətin bütün sahələrində siyasi təşəbbüskarlığın inteqrasiya və koordinasiyası İlham Əliyev siyasətinin mahiyyətində dayanan əsas amillərdir.
Bütün bunlara rəğmən, Prezidentin atdığı addımlarda söhbət, əsasən, sosial-iqtisadi inkişafa yönəlik orta və uzaq mənzilli proqramlar, xarici iqtisadi siyasət və milli iqtisadi təhlükəsizlik konsepsiyaları, iqtisadi müdafiə doktrinası kimi anlayışlardan gedir. Məlumdur ki, dövlətin bel sütununu təşkil edən bu sənədləri həm hakimiyyət orqanları, həm ictimai-siyasi institutlar, həm də müstəqil beyin mərkəzləri ərsəyə gətirir. Təhqiqat layihələrindən ictimai müzakirələrə, ordan da konkret direktivlərə doğru vektor boyunca inkişaf yolu keçən bu sənədlər, qəbul olunduğu andan istər dövlət siyasətinin, istər də hakimiyyət institutlarının fəaliyyətinin əsas təməlinə çevrilir. Sosial-iqtisadi inkişaf proqramı, iqtisadi müdafiə doktrinası kimi anlayışları dövlət siyasətinin qurulmasının baza dəyərləri kimi götürsək, onları şərtləndirən milli iqtisadi təhlükəsizlik konsepsiyasını daha vacib saymalıyıq.
Təbii ki, Azərbaycanın milli iqtisadi təhlükəsizliyi problemiylə bağlı konkret məsələləri cözələməzdən öncə, bu sahədəki beynəlxalq təcrübənin ümumi cizgilərinə nəzər yetirmək yerinə düşərdi. Əvvəla, inkişaf etmiş demokratik dövlətlər üçün bu strategiya, bir qayda olaraq, xarici iqtisadi siyasət xarakterli sənəddir. Əlbəttə, bu ölkələr vətəndaşlarının yüksək həyat tərzinə nail olub, hüquq və azadlıqları göz bəbəyi kimi qoruyan effektiv demokratik institutlar qurub, onillər boyu sabit inkişaf və kataklizmlərsiz həyat şəraitində yaşayır. Sözsüz ki, hər bir güclü dövlətin əsas qüvvəsi onun iqtisadi potensialıdır. Dinamik inkişafda olan iqtisadiyyat demokratiya və vətəndaş cəmiyyəti, daxili əmin-amanlıq, effektiv xarici siyasət deməkdir.
Ölkənin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşan və cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın ən müxtəlif spektrlərindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyevin məhz bu keyfiyyətləri, yeni dövr üçün qarşıda duran konkret vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə imkan verir.
Bütün resursları-ölkənin intellektual, maliyyə, kadr və s. potensialını Azərbaycanın inkişafına səfərbər edən Prezident, bununla verdiyi vədlərə sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyevin son vaxtlar imzaladığı mühüm dövlət proqramları, fərman və sərəncamlar bir daha göstərir ki, onun fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə təmənnasız xidmət prinsipi üzərində qurulub. Eləcə də, Azərbaycanın bu müddətdə qazandığı böyük nailiyyətləri gündəlik həyatında hiss edən, möhkəm təməllərə söykənən iqtisadi-siyasi sabitlik, əmin-amanlıq və sülh şəraitində yaşayan orta statistik azərbaycanlının aparılan siyasətdə münasibətinin son dərəcə düzgün və dəyişməz olduğu təsdiqlənib. Prezidenti İlham Əliyevin yorulmaz, əzmkar fəaliyyəti, tükənməz səyləri, prinsipiallığı ilə xalqın bu siyasi kursa inamını və dəstəyini daha da artırır.
Bundan əlavə, neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiyanın işlənib hazırlanması, Dövlət Neft Fondundan ayrılan vəsaitin şəffaflığını qorumaq məqsədilə, onun büdcə xərcləri çərçivəsində ünvanlı istifadəsini təmin edən tədbirlərin görülməsi, əhalinin pensiya təminatının yaxşılaşdırılması, kommunal islahatların aparılması, sahibkarlığın inkişafına mane olan amillərin, o cümlədən, inhisarçılığın aradan qaldırılması, qaçqın və məcburi köçkünlər üçün müvəqqəti qəsəbələrin salınması kimi mühüm məsələlər də son sərəncamda öz əksini dolğun şəkildə tapmışdır.
Digər bir vacib məqam - icra strukturları tərəfindən vətəndaşların zəruri ehtiyaclarına və qanuni tələblərinə diqqətlə yanaşılması məsələsi də, Prezident İlham Əliyevin tapşırıqlarında konkret müddəa ilə təsbit olunmuşdur. Ümumiyyətlə, iqtisadi inkişafın sürətləndirilməsi məqsədi daşıyan bu siyasət ölkə həyatının bütün həyati əhəmiyyətli sferalarında makroiqtisadi göstəricilərin əldə olunmasına xidmət edir.
Azərbaycan Prezidentinin fəaliyyəti həm də regionların inkişafına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla həyata keçirilməsi ilə yaddaqalan hadisəyə çevrilib. Son illər respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf Bakıda və bir sıra iri şəhərlərdə qabarıq görünsə də, bölgələrdə bu prosesin ləng getməsi nəticəsində regional tarazlığın pozulması İlham Əliyevi ilk gündən qayğılandıran məsələlərdən idi. O, daim rayonlara səfər etməklə, bölgələrdə yaşayan ölkə vətəndaşlarını maraqlandıran problemlərlə yaxından tanış olmuş, onların həlli istiqamətində real addımlar atacağını bildirmişdi. Təsadüfi deyildir ki, Nazirlər Kabinetinin son iclasında da dövlət başçısı bölgələrin inkişafındakı fərqi mümkün qədər azaltmağı, bu sahədə balansa nail olmağı özünün iqtisadi siyasətinin prioritetlərindən biri kimi elan etmişdi. Bu baxımdan, Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2008-2013-cü illər) təsdiq edilməsi haqqında" sərəncam miqyasına, aktuallığına və əhəmiyyətinə görə indiyə qədər imzalanmış dövlət proqramları sırasında özünəməxsus yer tutur.
Dövlət Proqramının daha böyük ictimai rezonansa səbəb olması və ölkənin sosial-iqtisadi həyatında əlamətdar hadisə kimi dəyərləndirilməsi məhz bu amillə şərtlənirdi. Bölgələrdə yaşayan vətəndaşların zəruri arzu və istəkləri, eləcə də, onları narahat illərdən bəri narahat edən, qayğılandıran ən incə məqamlar belə Prezidentin diqətindən kənarda qalmayıb. Ümumiyyətlə, Prezidentin siyasətinin əsas qayəsi regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın dinamik inkişafına, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir.
Dövlət başçısının tapşırıqlarına görə, Azərbaycan hökuməti qarşıdakı illər ərzində yerlərdə kənd təsərrüfatının, qeyri-neft sənaye sahələrinin, o cümlədən, emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda yeni iş yerlərinin açılmasını təmin etməlidir. Fermer təsərrüfatlarının inkişafı, fermerlərə uzunmüddətli kreditlərin verilməsi kimi zəruri məsələlər də diqqətdən qaçırılmamışdır.
Digər vacib məqam ölkə iqtisadiyyatının neftdən asılılıq dərəcəsinin azaldılmasıdır və bunun üçün, ilk növbədə, regionların istehsal potensialından düzgün istifadə etmək, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. "Neft bizim üçün əsas məqsəd deyil, vasitədir" deyən Prezident İlham Əliyev "qara qızıl"dan qazanılan gəlirlərin ölkənin digər həyati əhəmiyyətli sahələrinin inkişafına yönəltməyi iqtisadi siyasətdə prioritet istiqamət sayır.