"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair" Dövlət Proqramı ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsinə təsirini göstərir. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafının təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə, qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf sahələrindən birinə çevrilməsinin təmin edilməsidir.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin Sərancamı ilə 2001-ci ildən turizm sahəsinin səviyyəsinin yüksəlməsi ölkənin inkişafının ayrılmaz bir hissəsinə çevrildi. Bu gün yoxsulluğun aradan qaldırılması, regionların inkişafı ilə bağlı dövlət proqramlarının hər birində turizmin, infrastrukturun yaradılması öz əksini tapmışdır. Müasir dövrümüzdə turizm bazarı açıq bir bazardır. Bu sahədə müəyyən işlər görülmüşdür. Hər il 25-50 civarında Azərbaycanda mehmanxana-otel inşasına başlanılır. Bu, onu göstərir ki, bu sahənin inkişafına kifayət qədər maliyyə vəsaiti qoyulur. 2001-2002-ci illərdə 32 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərirdisə, bu gün artım müşahidə olunaraq onların sayı 130-a qədərdir. Turizm şirkətləri yaradılmışdır. Göründüyü kimi, rəqabət artıq göz qabağındadır. Azərbaycanda mehmanxanalarla yanaşı, beynəlxalq şirkətlərin də ölkəmizə olan marağını qeyd etməliyik. Bu sayda turizm məkanlarının olması onların da Azərbaycana inamını artırmış və dünyanın ən iri turizm şirkətləri artıq Azərbaycana sərmayə qoymağa başlamışlar. Bu inkişaf Azərbaycanda yeni iş yerlərinin açılması və yoxsulluğun aradan qaldırılmasında müstəsna rola malikdir.
Prezident İlham Əliyev cənablarının Sərəncamı əsasında, ilk dəfə olaraq, Azərbaycanda Turizm İnstitutu nazirliyin nəzdində yaradıldı. Ötən il ilk dəfə olaraq, institutun 300 nəfər məzunu diplom alaraq ixtisaslı kadr kimi fəaliyyətə başladı. İnkişaf prosesində getdikcə lisenziyalaşdırmaya diqqət yetirilir və ixtisaslı ali dərəcəli kadrlara xüsusi yer veriləcəkdir. Ölkə Prezidentinin imzaladığı Dövlət Proqramında yer almış iki bəndə diqqət yetirək: birinci Azərbaycanda turizm zonalarına xüsusi önəm veriləcəyi və ölkədə turizmin inkişafı üçün xüsusi zonalar ayrılmasıdır. Bu torpaq xəritələrini müəyyənləşdirir, regionların inkişafı ilə üst-üstə düşür. İkinci Azərbaycanda turizm statistikası və ümumi qanunvericiliyin müəyyənləşməsinə önəm verilməlidir.
Zəngin tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Bütün bu reallıqları nəzərə alaraq, Azərbaycan turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir. Dövlət Proqramına uyğun olaraq həyata keçirilən layihələrin nəticəsi olaraq turizm sektorundakı nailiyyətlər Azərbaycanda 2011-ci ildə turizmin inkişafına da böyük təkan oldu. Bu gerçəkliklərin nəticəsi və bu sahənin inkişafının daha da sürətlənməsini nəzərə alaraq, Prezident İlham Əliyev 2011-ci ili "Turizm ili" elan etməsi Azərbaycanda turizmin inkişafına daha geniş meydan açacaq.
2011-ci ilin "Turizm ili" elan edilməsi il ərizində bu sahədən gələn gəlirin turizm sənayesində böyük iqtisadi sıçrayışlarla, beynəlxalq siyasi və mədəni müstəvidə uğurlarla nəticələnəcək. Odur ki, turizm sahəsinin inkişafına xidmət edə biləcək, beynəlxalq standartlar səviyyəsinə təkliflər irli sürülməlidir. Buna ölkənin yeraltı və yerüstü sərvətləri imkan verir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycanın gözəl təbiəti var, Xəzər dənizi, gözəl dağlar, çaylar, meşələr xalqın böyük sərvətidir.
ZÜMRÜD
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...