Dünən Nəsimi rayon icra hakimiyyətində ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarsının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olundu.
İclası giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarsının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası barədə ətraflı məlumat verdi. N.Məhəməliyev qeyd edərək bildirdi ki, son 7 il ərzində ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə, cari ilin birinci rübündə iqtisadi artım 1,6 faiz artıb, qeyri-neft sektorunda artım 5,6 faiz olubdur: "Bu gün Azərbaycanın valyuta ehtiyatları 34,2 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir".
N.Məhəməliyev bildirdi ki, 2011-ci ilin 6 ayı ərzində Nəsimi rayonunda da sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilibdir: "2011-ci ilin 6 ayı Nəsimi rayonu üçün uğurlu olmuş həm iqtisadi, həm də sosial sahələrdə bir sıra nailiyyətlər əldə edilmişdir. 2011-ci ilin yanvar - iyun aylarında rayonun sənayesində 161,6 mln manatlıq və ya əvvəlki ilin səviyyəsindən 3,6 dəfə çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərmişdir. Sənaye istehsalının 70,5 faiz məhsul istehsalının, 29,5 faiz isə sənaye xarakterli xidmətlərin payına düşür. Sənayenin dövlət sektorunda 65,9 mln. manatlıq və ya ümumi istehsalın 40,8 faizi qədər, qeyri dövlət sektorunda isə 95,7 mln. manathq və ya ümumi istehsalın 59,2 faiz səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Cari ilin yanvar - iyun aylarında istehlakçılara 169,6 mln manathq və ya bütün sənaye istehsalının 104,9 faizi qədər sənaye məhsulu göndərilmişdir".
Nəsimi rayon icra başçısı cari ilin 6 ayı ərzində istehlak bazarında da uğurlara nail olunduğunu vurğuladı: "Rayon əhalisinə cari ilin 6 ayı ərzində 603,5 mln.manathq geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Bunun 345,7 mln. manatı pərakəndə əmtəə dövriyyəsinin, o cümlədən, 11,6 mln manatı iaşə xidmətinin, 257,8 mln manatı pullu xidmətin payına düşür. Bu ilin 6 ayı ərzində rayonda rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 15,3 mln manatlıq rabitə xidməti göstərilmişdir. Eyni zamanda, 1954 ailənin 7884 nəfər üzvünə, o cümlədən, 508 ailənin 1,909 nəfər üzvünə ünvanlı dövlət sosial yardımı verilmişdir. Hər bir ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 130 manat təşkil etmişdir. Həmçinin, ötən dövr ərzində ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqindən aztəminatlı qaçqın və məcburi köçkün ailələri də diqqətdən kənarda qalmamışdır. Belə ki, 163 ailə, o cümlədən, 2011-ci ilin 6 ayı ərzində 42 qaçqın və məcburi köçkün ailəsi ünvanlı dövlət sosial yardımı ilə təmin olunmuşdur. 373 nəfər tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir".
N.Məhəməliyev cari ilin 6 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində də müəyyən uğurların əldə edildiyini vurğuladı: "Ə.Qarayev adına Respublika Uşaq Xəstəxanası yeni ilin əvvəllərindən əsaslı təmirdən sonra fəaliyyətini tam bərpa etmişdir. Xəstəxananın həyətində Azərbaycan Tibb Universitetinin Tədris-Cərahiyyə Korpusunda isə tikinti-quraşdırma işləri davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyev 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı"na dair Dövlət Proqramının icrası çox surətlə həyata keçirilir. Təkcə Nəsimi rayonun timsalında Proqrama düşən 2011-2012-ci ildə icrası nəzərdə tutulan 7 məktəb və 6 körpələr evi-uşağ bağçasında qısa müddətdə əsaslı təmir işlərinə başlanmış, işlərin gedişi, sürəti və keyfiyyəti Dövlət Proqramının rayonumuzda layiqincə yerinə yetiriləcəyini göstərir".
Dövlət başçısının əhaliyə xidmət sahələrinin işinin daim diqqət mərkəzində saxladığını söyləyən rayon rəhbəri bildirdi ki, Nəsimi rayonu Qaz-İstismar İdarəsi istehlakçılara verilən təbii qazın istismarı və satışını da həyata keçirməklə 29 sənaye, 113 büdcə, 708 qeyri-dövlət müəssisələrində və 53,446 əhali abonentinə, o, cümlədən, rayonda məskunlaşmış 2802 məcburi köçkün ailəsinə xidmət edir. Nəsimi Qaz-İstisman İdarəsi 2011-ci ilin 6 ayı ərzində istehlakçılara 5,44 mln manat o, cümlədən, əhaliyə 3,2 mln manatlıq təbii qaz satmışdır. Ümumi satışın 96,6 faiz, əhaliyə satılmış təbii qazm dəyəri isə 99,4 faiz ödənilmişdir.
Abadlıq və yenidənqurma işlərindən danışan N.Məhəməliyev rayonun Moskva prospekti, A.Məhərrəmov, Cavadxan, Ş.Abdullayev, V.Plotnikov, E.Tağızadə, S.Vurğun, C.Məmmədquluzadə, H.Seyidzadə küçələrində və 7-ci Sverdlov döngəsində ümumilikdə 12,200 kv.m asfalt örtüyünün vurulduğunu, R.Behbudov küçəsinə 1500 kv.m tamet döşəndiyini, ümumilikdə, 2150 kv.m asfalt salındığını, S.Vurğun küçəsi və Azadlıq prospektində asfalt örtüyünün təmir edildiyini bildirdi. Rayon rəhbərinin sözlərinə görə, "Azəryolservis" ASC tərəfindən "Azadlıq" prospekti, M.Qasımov, R.Rza, Ş.Bədəlbəyli, Tolstoy, D.Əliyeva, Vidadi, Ə.Quliyev, Qoqol, B.Səfəroğlu, Mir Cəlal, H.Seyidzadə, M.Qaşqay, H.Seyidzadə və A.Məhərrəmov küçələrində də, ümumilikdə, 5735 kv.m asfalt örtüyü vurulmuş, S.Rüstəm 55 saylı binanın 5000 kv.m fasadı emulsiya ilə rənglənmiş, "Bakıelektrikşəbəkə" ASC tərəfindən Azadlıq prospekti 21, Ş.Bədəlbəyli küçəsi 106 və R.Behbudov küçəsi 31, S.Rəhimov, S.Vurğun 54, 28 May küçəsində 20 saylı binaların fasad və girişlərində elektrik xətləri təmir olunmuşdur. Həmçinin, iclasda əldə olunan nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri barədə də məlumat verildi, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olundu.
RƏFİQƏ HÜSEYNOVA
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...