PDF Oxu

İqtisadiyyat

  • 35

Azərbaycanda əhalinin gəlirləri 17 faiz artıb

Azərbaycanda əhalinin gəlirləri 17 faiz artıb

2011-ci ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 17.0 faiz artaraq 13.5 milyard manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, hər bir nəfərə düşən gəlirlər isə 15.5 faiz artaraq 1495.8 manata (orta hesabla ayda 249.3 manata) çatıb. Gəlirlərin 67.5 faizi son istehlaka, 8.2 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə, 22.6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Digər xəbərlər