PDF Oxu

İqtisadiyyat

  • 35

Bu qış qazla bağlı problem olmayacaq

Bu qış qazla bağlı problem olmayacaq

Azərbaycan Dövlət Neft Şirkəti 2013-cü ilədək ölkə ərazisinin 95%-ni qazlaşdırmağı planlaşdırır. APA-nın məlumatına görə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, dövlət başçısının bununla bağlı tapşırığına uyğun olaraq, ölkənin bütün rayonlarında qazlaşdırma işləri gedir: "Artıq bununla bağlı investisiya proqramlarımız və layihələrimiz hazırdır".

Şirkət rəhbərinin sözlərinə görə, Bakı ətrafı kəndlərdə də problemi olan hissələrinin qazlaşdırılması məsələsi həll olunur: "İndi hər gün Bakı şəhərində 1 minə yaxın smart kart tipli sayğac quraşdırılır. Bakıda 600 minə yaxın abunəçi olduğu üçün gələn ilə artıq smart kart tipli sayğacların quraşdırılmasını başa çatdıracağıq".

R.Abdullayev bununla yanaşı bildirib ki, paytaxta gələn bütün magistral xətlərin bərpası üzrə işlər aparılır: "Ötən il qaz sistemində təzyiq problemi olmadı, bu il də bütün işləri görürük ki, belə problem yaranmasın. Qaz təminatı yüksək səviyyədə həyata keçiriləcək".

Digər xəbərlər