PDF Oxu

İqtisadiyyat

  • 37

Milli peykin buraxılması təkcə gəlir deyil, həm də milli nüfuz məsələsidir

Milli peykin buraxılması təkcə gəlir deyil, həm də milli nüfuz məsələsidir

"Milli peykin buraxılması Azərbaycan üçün strateji mühüm vəzifədir, proqramın özü isə bilavasitə dövlət nəzarəti altındadır". Bu fikirləri Azərbaycanın rabitə naziri Əli Abbasov deyib.

Ə.Abbasov bildirib ki, peykin yaradılması Azərbaycan üçün tamamilə yeni sahədir. Onun sözlərinə görə, bu layihənin faydası haqqında danışarkən, təkcə peykin sayəsində əldə ediləcək maliyyə gəlirlərini deyil, həm də onun milli nüfuzun inkişafı və irəlilədilməsindəki rolunu da nəzərə almaq lazımdır.

"Azərbaycan peykə malik dünya ölkələri ailəsinə qatılacaq və bu peyk texnologiyalarının istehsalı, tətbiqi imkanlarını yaradacaq. Yerli və xarici mütəxəssislərin, konsaltinq şirkətlərinin hesablamaları göstərir ki, layihə gəlirli olacaq və təxminən 5-7 il istismardan sonra xərclərini ödəyəcək. Bu isə öz növbəsində ümumilikdə iqtisadiyyata müsbət təsir göstərəcək" - deyə, nazir qeyd edib.

Digər xəbərlər