Bu gün ölkə iqtisadiyyatının bütün sahələrində çox yüksək göstəricilər əldə edilib. Beynəlxalq iqtisadi münasibətlərə və hüquqi normalara cavab verən irimiqyaslı, xalqın milli maraqlarına əsaslanan məqsədyönlü islahatların ardıcıllıqla həyata keçirilməsi ölkəmizin qüdrətini və imicini daha da artırmış, perspektiv inkişafa, xalqın maddi rifahının durmadan yaxşılaşdırılmasına əlverişli şərait yaratmışdır.
Azərbaycanda bütövlükdə bu il də keçənildəki kimi, uğurlu iqtisadi inkişaf davam edir. Belə ki, ötən ilin sosial-iqtisadi inkişafının göstəricilərinə görə, iqtisadiyyat 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Bu, bir daha təsdiq edir ki, ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir. İqtisadiyyatın inkişafı çoxşaxəlidir. Qeyri-neft sektorunun inkişafı bunun gözəl göstəricisidir.
Bu gün Azərbaycanda keçid dövrünə xas olan problemlərin tamamilə aradan qaldırılması iqtisadiyyatımızın hərtərəfli və çoxşaxəli tərəqqisinə, xalqımızın rifah halının yüksəldilməsinə, sosial tələbatlarının daha dolğun ödənilməsinə münbit şərait yaratmaqla, Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha da yüksəldib. Prezident İlham Əliyev ölkəmizin davamlı tərəqqisi yolunda sosial proqramların həllinin böyük əhəmiyyətini önə çəkərək, bu istiqamətdə görülən işləri yüksək dəyərləndirmişdir və ölkədə sosial siyasətin prioritet məsələ olduğunu vurğulamışdır: "Azərbaycanda sosial siyasət prioritet istiqamətlərdəndir".
Sosial-iqtisadi inkişafın
nəticələri
Hazırda ölkədə güclü sosial siyasət aparılır. Sosial infrastrukturun yaradılması layihəsi ilə bağlı xəstəxanalar, məktəblər, olimpiya idman mərkəzləri, yeni-yeni mədəniyyət ocaqları istifadəyə verilir. Azərbaycanın paytaxtında-Bakıda və bölgələrdə açılan müasir sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir.
2010-cu il və bu ilin sosial-iqtisadi inkişafının nəticələri bir daha təsdiqləyir ki, Azərbaycan ən çətin sınaqlarda belə qarşısına çıxan problemləri yalnız öz gücünə həll etməyə qadirdir. Dünya maliyyə və iqtisadi böhranı şəraitində nəzərdə tutulan bütün sosial proqramların, infrastruktur layihələrin qətiyyətlə həyata keçirilməsi ölkəmizin real gücünün, yürüdülən siyasətin düzgünlüyünün əyani təsdiqidir. Dünyada, eləcə də, yerləşdiyimiz regionda bir çox ölkələrin böyük çətinliklərlə üzləşdiyini, bəzilərinin isə tam tənəzzülə uğradığını nəzərə alsaq, Azərbaycanın ötən il və bu ilin 6 ayında əldə etdiyi makroiqtisadi göstəricilər olduqca böyük nailiyyətlərdir.
Ölkəmizin sosial-iqtisadi inkişafı artıq dönməz xarakter alıb və yalnız bu neft amilindən asılı deyil. Təsadüfi deyil ki, nəhəng neft-qaz layihələrinin həyata keçirilməsi ilə yanaşı, indi daha çox qeyri-neft sektorunun, özəl bölmənin və sahibkarlığın inkişafı dövlətimizin xüsusi diqqət mərkəzindədir. Qeyri-neft sektorunun davamlı inkişafı, yerlərdə enerji, su və qaz problemlərinin aradan qaldırılması, regionlarımızın sürətli tərəqqisi, müasir infrastrukturun formalaşdırılması, yeni iş yerlərinin açılması, elm, təhsil, səhiyyə, rabitə, nəqliyyat, idman və digər sahələrin yüksəlişinə göstərilən dövlət qayğısı nəticədə insanların daha yaxşı yaşamasına, onları narahat edən problemlərin həllinə gətirib çıxarıb. Bütün bu nailiyyətlər dövlət başçısı cənab İlham Əliyevin ölkədə həyata keçirilən davamlı və məntiqli siyasətinin uğurlu nəticəsidir.
R.HÜSEYNOVA
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...