Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2011-ci ilin iyul ayında dövlət büdcəsinə 137 milyon 390 min manat vəsait ödənib. SİA-nın məlumatına görə, bu göstərici 2010-cu ilin iyul ayı ilə müqayisədə 48 milyon 463 min manat və ya 154,5 faiz çox olub. Ümumiyyətlə, 2011-ci ilin yanvar-iyul aylarında büdcəyə 685 milyon 337 min manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 milyon 438 min manat (113,7 faiz) çox olmuşdur. Bundan başqa, cari ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 537 min manat vəsait köçürmüşdür. Ümumiyyətlə, 2011-ci ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 76 milyon 981 min manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 868 min manat və ya 105,3 faiz çox olub.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...