PDF Oxu

İqtisadiyyat

  • 26

illi valyutanın məzənnəsinin sabitliyi makroiqtisadi və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib

illi valyutanın məzənnəsinin sabitliyi makroiqtisadi və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib

2011-ci ilin 6 ayında manatın ABŞ dollarına qarşı məzənnəsi sabit olmuş və cəmisi 1,4% möhkəmlənib.

Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hesabat dövründə qeyri-neft sektoru üzrə həm nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə - 1,7%), həm də real effektiv məzənnə (0,8%) ucuzlaşmaqla bu sektorun rəqabət qabiliyyətini yaxşılaşdırıb. Tərəfdaş ölkələrdəki inflyasiya ilə Azərbaycandakı inflyasiya arasındakı fərq isə real effektiv məzənnəyə (REM) 1,6 faiz bəndi azaldıcı təsir göstərib. Qeyri-neft ixracının 80%-indən çoxunun getdiyi yaxın xaric ölkələrinə nəzərən isə REM 3,1% ucuzlaşıb. Beləliklə, cari ilin 6 ayı ərzində valyuta bazarı əsasən özünütənzimləmə rejimində fəaliyyət göstərmiş, ikitərəfli məzənnənin kəskin tərəddüdləri müşahidə edilməmiş, çoxtərəfli məzənnə isə ölkənin beynəlxalq rəqabət şəraitini yaxşılaşdırmaq istiqamətində dəyişib.

Digər xəbərlər