PDF Oxu

İqtisadiyyat

  • 45

Taxılçılıq rayonlarının hamısında biçin 99 faiz başa çatıb

Taxılçılıq rayonlarının hamısında biçin 99 faiz başa çatıb

Respublikamızda taxıl məhsullarının yığımı yekunlaşıb. Artıq taxılçılıq rayonlarının hamısında biçin 99 faiz başa çatıb. Ölkə üzrə taxıl əkini sahələrinin 99,4 faizində biçin işləri yekunlaşıb.

Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, respublikada bu il payızlıq və yazlıq taxıl zəmilərinin 925 min hektarından çoxunda məhsul yığımı itkisiz başa çatıbdır. Eyni zamanda, bu il təxminən 940 min hektar sahədə taxıl əkilib ki, bu da ötən illə müqayisədə 150 min hektar çox əkin sahəsi deməkdir. Nazirliyin məlumatına görə, yüksək məhsuldarlığın olmasının səbəbi fermerlərin lazım olan bütün texnika və avadanlıqlarla təmin olunmasıdır. Həmçinin, taxıl tədarükünü uğurla başa çatdırmaqla yanaşı, məhsulu istehsal edən fermerlərin satış problemlərini də tam həll edilib. Artıq taxıl biçini 99,6 faiz yerinə yetirilib, bəzi dağ rayonlarında bu proses davam edir ki, yaxın günlərdə başa çatacaq. Avqustun 15-nə olan məlumata əsasən 2 milyon 298 min ton taxıl istehsal edilib. Bunun da 1 milyon 638 min 233 tonu ərzaq buğdasıdır. Onu da qeyd edək ki, hər hektarda buğdanın məhsuldarlığı 25,1 sentner təşkil edib. Bu da ötən illə müqayisədə 5,2 faiz çoxdur.

Ümumiyyətlə, göstərilən uğurlu rəqəmlər bir daha təsdiq edir ki, nəinki taxıl və buğda təminatında, eləcə də, digər qida məhsullarının bolluğu əhalinin rifah halında yaşamasını təsdiqləyir. Bu amil, eləcə də, ölkəmizdə əhalini zəruri qida məhsulları və kənd təsərrüfatı malları ilə təmin etmək üçün güclü potensiala malik olduğunun göstəricisidir. Ölkədə bütün sahələrlə yanaşı, iqtisadi mühitin təməlli formalaşması gələcəkdə də bu faktoru inkişaf tendensiyasında səciyyələndirir.


AYTƏN SƏMƏDOVA

Digər xəbərlər