PDF Oxu

İqtisadiyyat

  • 19

Azərbaycanın mobil rabitə operatorları nömrələrin köçürülməsi xidmətinin tətbiqinə hazırlaşırlar

Azərbaycanın mobil rabitə operatorları nömrələrin köçürülməsi xidmətinin tətbiqinə hazırlaşırlar

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC tezliklə nömrələrin köçürülməsi xidmətinin (MNP - Mobile Number Portability) tətbiq edilməsinin tərəfdarıdır. SİA-nın ict.az saytına istinadən verdiyi xəbərə görə, hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi MNP xidmətinin tətbiqi üçün qaydalar hazırlayıb. Bundan başqa, hüquqi bazanın formalaşdırılması üçün müvafiq qaydalar işlənilib. Qaydalarda bu xidmətin tətbiq edildiyi ölkələrin təcrübəsi öz əksini tapıb.

Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu, onları öz yaxınlarını və işgüzar tərəfdaşlarını nömrənin dəyişilməsi barədə məlumatlandırmaqdan azad edəcək.

Digər xəbərlər