Çayçılıqla məşğul olan sahibkarlara uzunmüddətli (15 ilədək) güzəştli kreditlərin verilməsi Azərbaycanın kənd təsərrüfatında bu sahənin inkişafına müsbət təsir göstərəcək. Trend-in məlumatına görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin cümə axşamı rəsmi mətbuatda dərc edilmiş məqaləsində deyilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, məhsul yığımı mövsümünün başladığı vaxtdan 338,1 ton yaşıl çay yarpağı yığılıb ki, bu da ötən ilin analoji dövründə toplanan məhsuldan 23,1 ton azdır.
Bununla yanaşı, 2011-ci ilin yeddi ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,2 faiz, eləcə də bitkiçilik məhsulları 15,1 faiz artıb. "Əldə olunan nailiyyətlərə baxmayaraq, Azərbaycanda bitkiçilik sahəsində bir sıra problemlərin həllinə ehtiyac var", - Bəhram Əliyev deyib.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...