Azərbaycanın Sənayə və Energetika Nazirliyi ilə Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) arasında Sənayenin İnkişafı proqramının hazırlanmasına dair razılığa gəlinib. SİA-nın xəbərinə görə, bu barədə nazirliyin şöbə müdiri Ramiz Rzayev məlumat verib. Onun sözlərinə görə, Sənaye və Energetika Nazirliyi olaraq Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinə müraciət edilib ki, Azərbaycanda sənayenin qeyri-neft sektorunun inkişafı üzrə konsertupal bir proqramın hazırlanmasına köməklik etsinlər. Koreya höküməti tərəfindən bunun müsbət qarşılandığını deyən R.Rzayev bildirib ki, Azərbaycana ekspert göndərilib və o, bir il ərzində sənayenin inkişafının mövcud durumu təhlil olunacaq. Şöbə müdiri qeyd edib ki, bu sahəni inkişafı üzrə istiqamətlərin müəyyənləşdirilməsi və belə bir konseptual proqramın hazırlanması gözlənilir.
"Bununla əlaqədar olaraq KOİKA-nın Azərbaycandakı rezident nümayəndəsi Kim Yang Vu və Azərbaycana ezam edilən mütəxəssisi Kap Soo Yong sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovla görüşüb. Görüşdə sənayenin hazırki vəziyyəti barədə məlumatlar verilib və qarşıda duran məsələlər müzakirə edilib. Koreyalı mütəxəssis bir il ərzində Azərbaycanda olacaq və ölkənin müvafiq qurumlarının mütəxəssisləri ilə birlikdə Sənayenin İnkişaf proqramının hazırlanması üzrə çalışacaq. O, Kareyada, Hindistanda, Hong-Kongda və digər ölkələrdə fəaliyyət göstərəcək sənaye sahələrinin inkişafı ilə bağlı təkliflər hazırlayaraq təqdim edib", - deyə o əlavə edib.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...