PDF Oxu

İqtisadiyyat

  • 9

Dövlətin sahibkarlara maliyyə dəstəyini gücləndirməsi...

Dövlətin sahibkarlara maliyyə dəstəyini gücləndirməsi...

Azərbaycan hökumətinin həyata keçirdiyi mükəmməl iqtisadi siyasət, bütün bölmələrdə olduğu kimi, sahibkarlıq sektorunda da yüksək inkişaf göstəricilərinin qeydə alınmasına səbəb olmuşdur. Dövlətin sahibkarlara maliyyə dəstəyini gücləndirməsi və sahibkarlığa başlamaq istəyənlərə əlverişli imkanların yaradılması bu sahədə inkişaf meyillərinin müşahidə olunması ilə nəticələnmişdir.

Bu tendensiya həm sahibkarlıqla məşğul olmaq istəyənlərin sayının, həm də həyata keçirilən investisiya layihələrinin miqyasının genişlənməsini stimullaşdırıb. Təkcə yaxın dövrə nəzər salsaq, görərik ki, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən sahibkarlara milyonlarla manat güzəştli kreditlər verilib və həmin kreditlərin 100 faizə yaxını (99,8%) faizi isə regionların payına düşür. Verilmiş kreditlər hesabına isə yeni iş yerləri açılmış, əhali davamlı işlə təmin edilmişdir.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıb.

Bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kreditlə təmin edilməsi ilə bağlı keçirilən kredit yarmarkalarının sayı da getdikcə daha da çoxalır. Bütün rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri güzəştli kreditlərlə təmin olunur. Bununla yanaşı, sahibkarlıq sektorunda maliyyələşmə mexanizminin təkmilləşdirilməsi və əhatə dairəsinin artırılması ilə yanaşı, yeni texnologiyaların tətbiqi ilə bağlı da mühüm yeniliklər reallaşır. İqtisadiyyatın prioritet sahələrinin inkişafı, həmçinin, müasir standartlara cavab verən, ixracyönümlü və rəqabət qabiliyyətli istehsal və emal müəssisələri yaradılıb, müasir texnologiyaların tətbiqi ilə əlaqədar layihələr həyata keçirilib və keçirilməkdə davam edir.

Sahibkarlığa dövlət dəstəyi bu ilin ilk yarısında da gücləndirilmiş və güzəştli kreditlərlə əhatə olunan sahibkarların sayı daha da artmışdır. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu il sahibkarlara 125 milyon manat həcmində güzəştli kreditlər verilməsi üzrə davamlı iş aparmaqdadır. Bu isə ötən 2010-cu il ilə müqayisədə 10 milyon manat artıq vəsait deməkdir. Yəni, 2011-ci ildə əlavə olaraq daha 200 sahibkar kreditdən yararlanır. Artıq sahibkarların aldıqları kreditləri geri qaytarmaq imkanları da artıb və vəsaitlər Sahibkarlığa Kömək Milli Fonduna ödənilib.

Hazırda hökumətin həyata keçirdiyi siyasət sahibkarlığa dövlət himayəsinin gücləndirilməsinə, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib. Dövlət Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri ilə yanaşı, digər maliyyə mənbələri, eləcə də, maliyyə-kredit təşkilatlarının, bankların, Kənd Təsərrüfatı üzrə Kredit Agentliyinin və digər qurumların güzəştli şərtlərlə verilən kreditləri hesabına 100-lərlə sahibkarın maliyyə təminatı yaxşılaşdırılacaq. Beləliklə, ölkəmizdə sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir.Bu tendensiya sahibkarların aldıqları vəsaitlər hesabına gəlir əldə etdiklərini və kreditləri geri qaytarmaq imkanlarına malik olduğunu təsdiqləyir. Hər il geri ödənilən kreditlər isə əlavə maliyyələşmə üçün əlverişli şərait yaradır. Bu isə növbəti illərdə sahibkarlara daha çox kredit verilməsini şərtləndirir.

Onu da qeyd edək ki, verilən kreditlərin 99 faizi regionların payına düşür ki, bu da bölgələrdə sahibkarlıq fəaliyyətinin daha da inkişafına geniş imkan yaradır. Son illərdə rayonlarda yüzlərlə yeni istehsal sahəsinin yaradılması və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artması milli sahibkarlıq sektorunun yüksək inkişafının göstəricisidir.


R.RƏSULOV

Digər xəbərlər