PDF Oxu

İqtisadiyyat

  • 19

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları il ərzində 21 faiz artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları il ərzində 21 faiz artıb

Səkkiz ayın yekunları üzrə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 7114,2 milyard dollara çatıb. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2011-ci ilin əvvəlindən 706,6 milyon ABŞ dolları (11%) artıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir. Səkkiz ayın yekunları üzrə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 7114,2 milyard dollara çatıb.

2011-ci ilin avqust ayı üzrə AMB-nin valyuta ehtiyatları 40,4 milyon dollar, yaxud 0,6 faiz arıb. Ötən ilin avqustu ilə müqayisədə bu göstərici 20,6 faiz (1214,5 milyon dollar) çoxdur. 2010-cu ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 6407,6 milyon dollar, avqustun sonuna isə 5899,7 milyon dollar olub.

Mərkəzi Bankın proqnozlarına görə, 2011-ci ilin sonuna valyuta ehtiyatlarının həcmi səkkiz milyard dolları ötəcək.

Digər xəbərlər