"Azərbaycanda turizm sektorunun inkişafı üçün qanunvericilik təkmilləşdirilməlidir. Bu baxımdan "Turizm haqqında" qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur". Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, müasir dövrdə turizmin inkişafı həm də təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, coğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsinə çevrilib. Onun sözlərinə görə, dəyərli mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara və inkişaf perspektivlərinə malikdir.
"Turizmin inkişafı ölkəmizdə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi məkanda yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, 800 kilometrdən artıq məsafədə dənizsahili zonaya, 11 iqlim qurşağından 9-na malik olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri respublikamızın böyük turizm potensialından xəbər verir"- deyə komitə sədri vurğulayıb.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...