MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 54-cü iclasının protokoluna uyğun olaraq, sentyabrın 6-dan 9-dək Bakıda dəmir yolları müdiriyyətlərinin səlahiyyətli nümayəndələrinin müşavirəsi keçiriləcəkdir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə bir sıra məsələlərə baxılacaq, müzakirələr aparılacaqdır. Tədbirin gündəliyinə 2012-2013-cü illər üçün qatarların hərəkət cədvəlinin müzakirəsi və təsdiq edilməsi, Şuranın 55-ci iclasında təsdiq olunacaq beynəlxalq sərnişin qatarları, o cümlədən beynəlxalq yollarda hərəkət edən şəhərətrafı və qoşma vaqonlar üzrə layihə külliyyatının hazırlanması, sərnişin daşımaları sahəsində digər məsələlərin müzakirəsi və s. daxil edilmişdir.
Səlahiyyətli nümayəndələrin iclasında sərnişin qatarlarında gediş sənədlərinin satışı texnologiyasının dəyişdirilməsi, marşrutların idarə olunması, qatarların nömrələrinin dəyişdirilməsi qaydalarının müzakirəsi də nəzərdə tutulmuşdur.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...