PDF Oxu

İqtisadiyyat

  • 20

Azərbaycan əmək pensiyasının minimal məbləğinə görə MDB-də 2-ci yeri tutur

Azərbaycan əmək pensiyasının minimal məbləğinə görə MDB-də 2-ci yeri tutur

Pensiyaların yenidən hesablanmasından sonra Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği təxminən 150 manata çatdırılıb.

Trend xəbər verir ki, Azərbaycan əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında Qazaxıstandan sonra 2-ci yeri tutur. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının avqustun 1-nə olan məlumatına əsasən, hazırda MDB ölkələri arasında ilk üçlükdə Qazaxıstan (164,19 ABŞ dolları), Azərbaycan (108,07 ABŞ dolları), Rusiya (102,43 ABŞ dolları) qərarlaşıb.

Minimal pensiyanın məbləğinə görə, sonrakı yerlərdə Ukrayna (95,85 dollar), Belarus (86,84 dollar), Özbəkistan (64,42 dollar), Moldova (56,55 dollar), Gürcüstan (48,61 dollar), Ermənistan (28,57 dollar), Qırğızıstan (22,27 dollar), Tacikistan (16,83 dollar) gəlir.

Azərbaycanda pensiyanın baza hissəsinin məbləği (minimum pensiya) 85 manat təşkil edir. 2011-ci il iyul ayının 1-dən isə sığorta-pensiya sistemində həyata keçirilən islahat nəticəsində hazırkı anlamda minimum pensiya alma halı aradan qaldırılıb. Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 900 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (təxminən 40 faiz) artıb. Pensiyaların yenidən hesablanmasından sonra Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği təxminən 150 manata çatdırılıb. Bu, orta aylıq əməkhaqqının təqribən 40 faizi deməkdir.

Digər xəbərlər