Dünən Bakıda Azərbaycan neftinin Rusiya ərazisindən nəqli haqqında 1996-cı il 18 yanvar tarixli sazişə dəyişikliklərin edilməsi üzrə işçi qrupun iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Energetika və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.
Rusiyanın energetika nazirinin müavini Anatoli Yanoskinin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev qəbul edib. Rusiyanın nümayəndə heyətinin tərkibinə "Transnefti" və "İnter RAO"nun nümayəndələri də daxildirlər. Azərbaycan tərəfdən danışıqlarda ARDNŞ-nin və "Azərrenerji" SC-nin nümayəndələri iştirak ediblər.
Tərəflər neft həcmləri və tarif məsələlərini, eləcə də elektrik enerjisi sahəsində əməkdaşlığı müzakirə ediblər.
Mənsimlinin sözlərinə görə, danışıqlarının yekunlarının müsbət olacağı gözlənilir. Bundan sonra onlar paraflanacaq və dövlətdaxili prosedurlardan keçdikdən sonra sazişdə düzəlişlər ediləcək.
1996-cı ildə imzalanan Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin tranziti haqqında Rusiya-Azərbaycan hökumətlərarası ikitərəfli sazişi ildə beş milyon ton neftin nəqlini nəzərdə tutur. Nəql bir ton neftin tranzitinə görə 15,67 dollar tarifi ilə həyata keçirilir. ARDNŞ Novorossiysk vasitəsilə öz yataqlarından, eləcə də ölkənin quru yataqlarında işləyən birgə müəssisələrin və əməliyyat şirkətlərinin hasil etdiyi neftin nəqlini həyata keçirir.
2012-ci ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə bu ilki iki milyon tona qarşı 1,7 milyon ton neft nəql etməyi planlaşdırır. Neftin daşınması həcmlərinin azalması ölkənin daxilində neft məhsullarına tələbarın artması və bunun da nəticəsində yerli neft emalı müəssislərində emal həmlərinin artması ilə bağlıdır.
2008-ci ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 1,2 milyon ton neft ixrac edib. 2007-ci ildə bu marşrut üzrə 1,2 milyon tona yaxın neft ixrac olunub. Bu, 2006-cı ilin anoloji göstəricisinə uyğundur. 2005-ci ildə bu boru kəməri ilə ixrac 1,6 milyon ton təşkil edib.
ARDNŞ tender əsasında Novorossiysk limanından Bakı-Novorossiysk kəməri ilə çatdırılan nefti satır. Şirkət öz vəsaitləri hesabına quruda və dənizdə hasil etdiyi xammalı, eləcə də Azərbaycanın quru yataqlarında işləyən birgə müəssisələr və əməliyyat şirkətlərinin xammalını satır.
Bakı-Novorossiysk kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub. O, sonradan bu funksiyanı ARDNŞ-yə verib.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...