Taxıl biçininin sona çatdığı bir zamanda əsas müzakirə mövzularından biri də ölkədə istehsal olunan taxılın tələbatı ödəmək qabiliyyətində olub-olmaması və taxılın keyfiyyəti məsələsidir. İstehsalın daxili tələbatı ödəyəcəyinə dair yayılan rəsmi məlumatlarda ciddi problemin olmayacağını demək mümkün olsa da istehsal olunan taxılın standartlara cavab verib-verməyəcəyi də maraq doğuran amillərdəndir. Məsələ ilə bağlı rəsmi sektordan gələn açıqlamalar bütövlükdə ümidvericidir.
Kənd təsərrüfatı ekspertləri hesab edirlər ki, Azərbaycanda istehsal olunan taxıl ölkəyə xaricdən gətirilən taxılla müqayisədə daha keyfiyyətlidir. Gəlinən qənaətlərə görə, yerli məhsulun təxminən 80 faizi çörəkbişirmə sənayesində istifadə etməyə tam yararlıdır. Bunu laboratoriya şəraitində aparılan araşdırmalar da sübut edir. Nəticədə məlum olur ki, Azərbaycanda istehsal olunan taxıl yüksək keyfiyyətlidir və bütün standartlara cavab verir.
Lakin təbii ki, bəzi çatışmazlıqlar da olur ki, bu da bilavasitə havaların pis keçməsi ilə əlaqələndirilməkdədir. Belə ki, ola bilsin 10-15 faiz yağışla, sellə bağlı keyfiyyətdə cüzi dərəcədə dəyişikliklər olsun. Amma əksər rayonlarda taxıl yüksək keyfiyyətlidir. Gözlənilir ki, ölkədə 2 milyon 450 milyon ton taxıl istehsal olunacaq və əldə edilən məhsulun müəyyən hissəsi heyvandarlıq üçün istifadə olunacaq. Amma çörəkbişirmə sənayesi üçün istehsal olunan məhsullar, təbii ki, keyfiyyətlidir.
Belə hesab olunur ki, toxumçuluq təsərrüfatlarının rayonlar üzrə bölgüsü məhsuldarlıqda da özünü göstərə bilər. Azərbaycanda rayonda yetişdirilən taxılın yüksək keyfiyyəti var. Cəlilabad, Bərdə və Şəkidə istehsal olunan taxılın yapışqanlıq qabiliyyəti normal səviyyədədir. Dövlət Taxıl Fondu saxlanma qabiliyyətinə malik olan taxılları qəbul etməkdə davam edir.
RÖVŞƏN
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...