PDF Oxu

İqtisadiyyat

  • 16

“2011-ci ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayı 2 milyon 100 min nəfərə çatacaq”

“2011-ci ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayı 2 milyon 100 min nəfərə çatacaq”

"Azadinform" xəbər verir ki, bu sözləri turizm mövsümünün bağlanışı və eyni zamanda Ümumdünya Turizm Günündə Ümumrespublika Daxili Turizm Konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Azərbaycanda olduğu kimi dünyanın digər 165 ölkəsində də Ümumdünya Turizm Gününün qeyd olunduğunu vurğulayan nazir Prezidentin 2011-ci ili turizm ili elan etməsinin bu gün Azərbaycan turizm sənayesinin güclü inkişafına gətirib çıxardığını diqqətə çatdırdı: "Prezidentin tapşırığı Azərbaycanda turizm sənayesini Azərbaycan mədəniyyəti ilə uzlaşmasına gətirib çıxarmaqdır. Biz hər bir rayonda turizm obyektlərinin inkişafına önəm veririk".

Ə.Qarayevin sözlərinə görə, keçən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 14% artım var. Nazir qeyd edib ki, bu il ərzində Azərbaycanda bir çox turizm obyekti tikilərək istifadəyə verilib: "Hazırda Azərbaycanda 46 turizm obyekti tikilməkdə olduğu halda 22 obyekt isə tikilərək təhvil verilib. On il əvvələ nəzər salsaq, bu müddətdə Azərbaycanda turizmin necə inkişaf etdiyini görə bilərik. 2001-ci ildə bizim cəmi 6 min yerləşdirmə yerimiz var idisə, hal-hazırda turistlər üçün nəzərdə tutulan 31 min yataq yeri var ki, bunun da 15 mini Bakının payına düşür".

Ə.Qarayev ölkəyə gələn və ölkədən gedən turistlərin də müqayisəsini aparıb: "Bu ilin 6 ayı ərzində Azərbaycana xaricdən 1 mln. 900 min nəfər gəlib ki, onların da 1 milyon 500 min nəfəri turist olub. Əgər ötən il Azərbaycandan 55 minə yaxın insan turist kimi xaricə getmişdisə, bu il onların sayı 35 min olub. Bu da Azərbaycanda istirahət obyektlərinin yaxşı vəziyyətdə olduğunu göstərir".

Nazir bu işlərin yalnız "Turizm ili" çərçivəsində deyil, hər zaman aparılmasının vacib olduğunu da qeyd edib: "Biz çox gözəl başa düşürük ki, bu proses daimi bir prosesdir. Burada zəncirvari halda bir-birinə bağlı olan tellər mövcuddur. Və bu tellər bütün cəmiyyətdən və bütün turizm sənayesində iştirak edən qurumlardan asılıdır."

Digər xəbərlər