Azərbaycan gələcəkdə neft emalının inkişafı üçün bu sahəyə 20 milyard dollara yaxın sərmayə yatırmaq niyyətindədir. Bunu "Azərbaycanın dövlət müstəqilliyi: sənaye-energetika kompleksi yeni zirvələrə doğru" mövzusunda Bakıda keçirilən "dəyirmi masa"da sənaye və energetika naziri Natiq Əliyev bildirmişdir.
Onun sözlərinə görə, müstəqilliyin bərpa edilməsindən sonra Azərbaycanın neft-qaz sektoru böyük yüksəlişə nail olmuş, bütün sahələrdə, eləcə də neft və qaz hasilatı, emal, kimya istehsalında inkişaf müşahidə edilmişdir.
Hazırda ölkənin neftayırma sahəsinin inkişafına dair yeni proqram hazırlanır. 1990-cı illərin əvvəllərində ölkədə neft hasilatının həcmi ildə 9 milyon tona yaxın idisə, 2010-cu ildə bu göstərici 50 milyon tonu ötmüş və artım 5,5 dəfə təşkil etmişdir.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...