PDF Oxu

İqtisadiyyat

  • 13

1994-cü ildən Azərbaycanın neft-qaz sektoruna 44 milyard dollar sərmayə qoyulub

1994-cü ildən Azərbaycanın neft-qaz sektoruna 44 milyard dollar sərmayə qoyulub

1994-cü ildən Azərbaycanın neft-qaz sektoruna PSA müqavilələri çərçivəsində 44 milyard dollar sərmayə qoyulub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev çərşənbə axşamı Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbir zamanı bildirib. Onun sözlərinə görə, bu dövr ərzində ARDNŞ 32 PSA tipli müqavilə imzalayıb. "Müstəqillik illərində Azərbaycan ölkənin neft-qaz sektorunun inkişafı sahəsində böyük uğurlar əldə edib. Hazırda respublikanın qaz ehtiyatlarının artırılması üzrə aktiv işlər həyata keçirilir. O cümlədən, ötən il uzun illər ərzində ilk dəfə olaraq ARDNŞ öz vəsaitləri hesabına Xəzərin Azərbaycan sektorunda "Ümid" qaz yatağını kəşf edib", - Abdullayev deyib. Onun sözlərinə görə, bundan başqa, bu il həmçinin fransalı tərəfdaşlarla birlikdə yeni "Abşeron" qaz yatağı kəşf edilib.

Digər xəbərlər