PDF Oxu

İqtisadiyyat

  • 21

“Pensiyaların məbləğinin müəyyənləşdirilməsi ilə bağlı 400-dən çox məhkəmə prosesi keçirilib”

“Pensiyaların məbləğinin müəyyənləşdirilməsi ilə bağlı 400-dən çox məhkəmə prosesi keçirilib”
"Azərbaycanda əmək pensiyalarının məbləğinin müəyyənləşdirilməsi üçün bu ilin əvvəlindən 400-dən çox məhkəmə prosesləri keçirilib.
Bu informasiyanı ilkin olaraq dedim, çünki məlumatlar mənə şifahi deyilib. Bu rəqəm daha çox ola bilər. Çünki bizim bütün rayonlarda müvafiq şöbələrimiz var və orta hesabla götürsəniz 15 mindən yuxarı pensiyaçı var". Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məhkəmə proseslərinin sayının artması xüsusilə qanuna edilən son dəyişikliklə, eləcə də keçmiş illərlə bağlı ortaya çıxır: "İnsanlar özlərinin əmək stajlarını məhkəmə vasitəsilə təsdiqlədirlər. Qanunda da yazılıb ki, əgər stajı təsdiq edən sənəd yoxdursa, bunu ancaq məhkəmə vasitəsilə sübut etmək olar. Üstəlik əmək pensiyaların məbləğinin stajdan asılılığı var. Belə halların çoxalması təbiidir və bu halların aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır".

Digər xəbərlər