Avropa İttifaqı Azərbaycan və Türkmənistan ilə Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb. AzərTac xəbər verir ki, bu çərçivədə ilk görüşün bu yaxınlarda Brüsseldə keçirildiyini xatırladan Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib ki, danışıqlarda Avropa İttifaqı, Azərbaycan və Türkmənistanın nümayəndələri iştirak ediblər. Xatırladaq ki, sentyabrın 7-də Avropa İttifaqı Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistan ilə danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat vermişdir. Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 kubmetr təbii qazın ixracı nəzərdə tutulmuşdur. Layihənin dəyəri 7,9 milyard avro məbləğində qiymətləndirilir.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...