PDF Oxu

İqtisadiyyat

  • 29

Əhalinin ərzaqla etibarlı təminatı milli təhlükəsizliyin tərkib hissəsidir

Əhalinin ərzaqla etibarlı təminatı milli təhlükəsizliyin tərkib hissəsidir

"Ərzaq təhlükəsizliyi dünyada qlobal problemlərdən olsa da, ölkəmizi belə bir təhlükə gözləmir. Yerli əhalinin çörək və kartof məhsullarından normadan artıq istifadə etməsinə baxmayaraq, müəyyənləşdirilən hədəflər gələcəkdə belə bir problemin olmayacağını deməyə əsas verir. Çünki hədəflər sırasında taxıl və kartofçuluq əsas yerlərdən birini tutur".

Tahir Süleymanov: "Ölkə Prezidenti İlham Əliyev də ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır"


"Səs" qəzetinə bu fikirləri söyləyən millət vəkili Tahir Süleymanov onu da bildirib ki, milli təhlükəsizliyin tərkib hissəsi olan əhalinin ərzaqla etibarlı təminatı hətta inkişaf etmiş ölkələrin diqqət mərkəzindədir: "Tarixən zamandan və məkandan, ictimai-siyasi quruluşundan və idarəetmə sistemindən asılı olmayaraq, hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı olmuşdur. Bu məsələ müasir dövr üçün də öz aktuallığını itirməmiş, əksinə, daha da ciddiləşmişdir. Yəqinliklə demək olar ki, istənilən dövlətin qarşısında duran çoxsaylı vəzifələr arasında ölkə əhalisinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı məsələsi xüsusi yer tutur. Onu da qeyd edim ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamış və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq ərzaq təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil etmişdir. Ümummilli Liderimizin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev də ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə həyata keçirilmiş birinci Dövlət Proqramı bu sahədə böyük uğurların qazanılmasına şərait yaratmış, ölkə Prezidentinin 14 aprel 2009- cu il tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın isə icrasına başlanmışdır. Əminliklə demək olar ki, ikinci Dövlət Proqramının icrası da ərzaq təminatı sahəsində ciddi nailiyyətlərə səbəb olubdur. Bundan əlavə, möhtərəm Prezidentin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" da uğurla icra olunur və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir".

T.Süleymanov onu da vurğulayıb ki, 2010-2015-ci illər üzrə kənd təsərrüfatı məhsullarının etibarlı təminatına dair təsdiqlənən Dövlət Proqramına görə 2015-ci ilə qədər ölkədə taxıl istehsalı 2 milyon 800 min tona, məhsuldarlıq isə hər hektardan 12 sentnerə çatdırılmalıdır. Bu il havaların qeyri-sabit keçməsinə baxmayaraq, taxıl istehsalı müəyyən olunan göstəricini veribdir.


Vahid Əhmədov: "Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmək imkanına malik dövlətdir"


Millət vəkili Vahid Əhmədovun sözlərinə görə hazırda dünyada ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin yaşanmaqdadır: "İstər taxıl, istərsə də digər məhsullarla bağlı qıtlıq var. Lakin bu problemin Azərbaycanda yaşanmaması üçün dövlət başçısı İlham Əliyev ərzaq təhlükəsizliyi ilə əlaqədar xüsusi göstərişi olub: "Belə ki, regionların iqtisadi inkişafı proqramı çərçivəsində hökumətin qarşısında iki məsələ qoyulub. Bunlardan biri ərzaq təhlükəsizliyinin təminatıdır. 2009-2015-ci illər üçün belə bir proqram da təsdiq edilib. Ümumiyyətlə, 80 faiz özünü ərzaqla təmin edən dövlət təhlükəsiz dövlətdir".

V.Əhmədov hesab edir ki, Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmək imkanına malik dövlətdir. Onun fikrincə, kənd təsərrüfatına ildə 450-500 milyon dollar vəsait qoyularsa, ərzaq təhlükəsizliyinin təminatı mümkündür. Millət vəkili xaricdən idxal olunan ərzaq buğdası, düyü, buğda və çovdar ununa əlavə dəyər vergisinin tətbiqinin bərpasına toxunaraq, bildirdi ki, əgər ölkənin ehtiyat fondunda taxıl varsa, ƏDV-nin tətbiqi problemlər yaratmamalıdır: "Lakin bazarda qiymətlər özünü göstərməyə başlayıb. 1-2 manat artım baş verib. Bəzi hallarda belə proseslərdən istifadə edilərək, qiymətlər süni şəkildə bahalaşdırılır. Buna görə də taxıl bazarında rəqabəti gücləndirmək lazımdır. Əgər Azərbaycanda kifayət qədər taxıl varsa, bazara buraxılmalıdır. İnhisarçılığın qarşısı alınmaqla yanaşı, çalışılmalıdır ki, çörəyin qiyməti qalxmasın".

V.Əhmədov Azərbaycanda inhisarçılığın güclü olduğunu istisna etməyib. Bunun üçün idxalın qarşısının alınmasının vacibliyini bildirən millət vəkili onu da qeyd edib ki, müəyyən vasitələrlə idxalın qarşısının alınması vacibdir: "Çünki Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmağa hazırlaşır. Bu, baş verərsə, sərhədlərimiz daha çox açıq olacaq. Yəni təşkilat faktiki dünya bazarının 82 faizinə nəzarət edir. Buna görə 5-6 il müəyyən güzəştlərə gedilməlidir. İmkan daxilində elə etmək lazımdır ki, Azərbaycan öz yerli məhsullarından istifadə etsin. Daxili bazarı qorumaq bizim üçün problem olaraq qalır".

Millət vəkili çayçılıq təsərrüfatı barədə də fikir söyləyib. İqtisadçı Azərbaycanın həmişə çayı başqa dövlətlərdən idxal etdiyini deyib və son illər çay idxalının həcminin artdığını vurğulayıb.


R.KAMALQIZI

Digər xəbərlər