Cari ilin 9 ayında rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə olunan gəlirlər ötən ilin müvafiq dövrünə nisbətən 12,4 faiz artaraq 932,9 milyon manat təşkil edib. SİA-nın məlumatına görə, artım tempi İKT sektorunda 12,1 faiz, telekommunikasiya sektorunda 8,3 faiz, informasiya texnologiyaları sektorunda 1,6 dəfə, poçt sektorunda 5,7 faiz, informasiya sektorunda isə 38,8 faiz təşkil edib. Sektorda əldə olunan gəlirlərin təxminən 76 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşür. Sahə üzrə gəlirlərin ümumi daxili məhsulda (ÜDM) payı 1,7 faiz, qeyri-neft ÜDM-də isə 3,6 faiz olub. Telekommunikasiya sektoru üzrə gəlirlərin 67,5 faizi mobil operatorların payına düşüb. Mobil sektor üzrə real artım tempi 3,4 faiz təşkil edib.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...