PDF Oxu

İqtisadiyyat

  • 26

Turizm şirkətlərində çalışanların peşə hazırlığı artırılır

Turizm şirkətlərində çalışanların peşə hazırlığı artırılır

2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən treninqlər təşkil olunub

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının 16-cı bəndində "Turizm şirkətlərində, mehmanxana və restoranlarda çalışanların peşə hazırlığını artırmaq üçün ixtisaslaşdırılmış treninqlərin keçirilməsi" qeyd olunur.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi TİKA və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə mütəmadi olaraq respublikamızın turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisi və mehmanxana xidməti üzrə təlim-tədris kursları təşkil edilir. Kursların uğurlu nəticələr verdiyini və növbəti ilin may ayında "Eurovision-2012" Mahnı Müsabiqəsinin Bakı şəhərində keçirilməsini nəzərə alaraq, 5 günlük təlim-tədris kursları keçirilir.

Kurslar Azərbaycan Turizm İnstitutunda təşkil olunacaq. Noyabr ayının 25-də kurslarda iştirak edən dinləyicilərə sertifikatlar veriləcək.

Bu istiqamətdə treninqlər paytaxtda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcəkdir.


NƏZAKƏT

Digər xəbərlər