PDF Oxu

İqtisadiyyat

  • 30

“Dövlət büdcəsində əməkhaqqı və  pensiyaların artırılması üçün təxminən 800 milyon manat vəsait nəzərdə tutulub”

“Dövlət büdcəsində əməkhaqqı və pensiyaların artırılması üçün təxminən 800 milyon manat vəsait nəzərdə tutulub”

2012-ci ildə Azərbaycanın dövlət büdcəsində əməkhaqqı və pensiyaların artırılması üçün təxminən 800 milyon manat vəsait nəzərdə tutulub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı maliyyə naziri Samir Şərifov parlamentdə 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin müzakirəsində bildirib.

"Bu, kifayət qədər böyük məbləğdir. Ümumilikdə, bizdə əməkhaqqı və pensiyaların artırılması üçün müəyyən vəsait var, lakin bu məsələni uzunmüddətli perspektivdə nəzərdən keççirməliyik. Biz bu gün əməkhaqqı və pensiyaları kəskin artıra bilərik, lakin əgər bu prosesin davamlılığını təmin edə bilməsək, onda bu, 3-5 ildən sonra böyük problemlərə gətirib çıxaracaq", - nazir deyib.

Digər xəbərlər