Dünən Bakıda "Azərbaycan baytarlıq qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması məsələsi ilə bağlı FAO-nun ekspertlərinin tövsiyələrinin müzakirəsi"nə dair seminar-treninq keçirilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər.
Tədbirdə milli baytarlıq qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertlərinin iştirakı ilə müəyyən edilmiş bir sıra boşluqların aradan qaldırılmasının işlək mexanizminin hazırlanmış ilkin variantının müzakirəsi aparılmışdır. Seminarda DBX-nin rəisi Sialə Rüstəmova qanunvericilik sahəsində aparılan islahatlardan danışmışdır. Tədbirdə FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Təranə Bəşirova və başqaları çıxış edərək sözügedən sahədə atılan addımlardan, baytarlıq qanunvericiliyində müəyyən edilmiş boşluqlardan, özəl baytarlıq xidmətinin inkişaf etdirilməsindən və digər məsələlərdən danışmışlar.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...