2011-ci ilin birinci 3 rübünün nəticələrinə görə, "Səngəçal" terminalından 229 milyon barel neft dünya bazarlarına ixrac olunub. Bu dövr ərzində, həmçinin, "Azəri- Çıraq- Günəşli" yataqlarından 2,8 milyard kubmetr səmt qazı hasil edilib.
Cari ilin oktyabr ayının sonunadək "Səngəçal" terminalından təxminən 252, 4 milyon barel neft ixrac olunub. Belə ki, bunun 222 milyon bareli Bakı-Tibilisi-Ceyhan boru kəməri, 24 milyon barreli Qərb İxrac Boru Kəməri marşrutu, 5 milyon bareli isə dəmir yolu vasitəsilə dünya bazarlarına çıxarılıb. "BP-Azərbaycan" şirkətindən verilən məlumata görə, ilin ilk üç rübü ərzində terminaldan gündəlik orta hesabla 16, 6 milyon kubmetr "Şahdəniz" qazı ixrac edilib. Oktyabrın sonunadək isə bu rəqəm 17 milyon kubmetrə çatıb.
Qeyd edək ki, Səngəçal terminalına "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından neft və qaz sualtı boru kəmərləri vasitəsi ilə göndərilir.Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündəlik 1,2 milyon barel neft və 25,5 milyon kubmetr qaz təşkil edir. Xərclərə gəlincə, yanvar-sentyabr ayları ərzində "BP-Azərbaycan" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar bloku layihəsinə 501 milyon dollar məbləğində əməliyyat xərcləri, həmçinin, 1 milyard 352 milyon dollar əsaslı məsrəf xərcləri çəkib. Bu müddətdə, ümumilikdə, "Azəri- Çıraq- Günəşli" yataqlar blokunda 57 hasilat quyusu istismarda olub.
RÖVŞƏN
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...